Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir

Dünən Almaniyada siyasi mühacir alverinə görə həbs edilən Elçin Əkbərov barəsində bundan öncə də Azərbaycan mediasında qalmaqallı yazılar yayımlanıb...

Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyən E.Əkbərov polis mayoru olan qardaşı Mahir Əkbərovla bağlı gündəmə gəlmişdi. M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuşdu. Onun arvadı Leyla Əkbərova isə bir neçə nəfərdən saxta sənəd düzəltməklə vəzifəyə təyin etmək adı altında 100 min manatdan çox pul alıb mənimsəmişdi. Məhkəmə L.Əkbərovanı 9 il müddətinə azadlıqdan məhrum etdi.

Həmin zaman zərərçəkən tərəf bu işləri Mahir Əkbərovun etdiyini iddia edirdi: “95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova, Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirdi, istintaqın çağırışlarına da gəlmirdi. Onun xarici pasportunun vaxtı bitdiyi üçün “ASAN” xidmətdə pasportunu dəyişdirəndə saxlamışdılar”.

Mahir Əkbərova 2014-cü ildə keçmiş Daxili İşlər naziri Ramil Usubov tərəfindən töhmət elan edilib. Binəqədi RPİ-dən çıxarılandan sonra Nizami rayonunda Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olub, bir müddət sonra isə polis orqanlarından xaric edilib.

Bu işdə Mahir və Elçin Əkbərovların anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləmiş Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə vermişdi. O, əvvəllər Şərur rayon Təhsil Şöbəsinin rəhbəri olub.

Bakupost.az-ın 2016-cı ildə yaydığı məlumatda qeyd olunub ki, uzun müddət Cəzaçəkmə Müəssisələrinin rəisi işləyən Elçin Əkbərov 2015-ci ildə Almaniyadan siyasi sığınacaq alıb: “Həmin vəzifədə işləyən zaman insan hüquq və azadlıqlarını pozan, məhbuslarla qəddar münasibəti ilə seçilən və ən rüşvətxor müəssisə rəhbərlərindən biri kimi tanınan bu şəxs elə həmin əməllərinə görə də Mədət Quliyevin əmri ilə işdən qovulub.

Elçin Əkbərov Almaniyada qaçqın statusu aldıqdan sonra da bir neçə dəfə Azərbaycanda olub. Belə ki, o, 2015-ci ilin oktyabr ayında Azərbaycan pasportu ilə Azərbaycana gəlib. 01.11.2015-ci ildə Azərbaycanı tərk etməklə Türkiyəyə, oradan isə Almaniyaya gedib.

Araşdırma zamanı məlum olub ki, E.Əkbərov dekabr ayında da Azərbaycanda olub. O hətta Bakıda özünə yeni pasport da alıb. Almaniyada siyasi sığınacaq alan keçmiş rəisə P16910631 saylı pasportu 13 dekabr 2016-cı ildə ASAN- 2 də veriblər.

Qeyd edək ki, bu ailə əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindəndir. İddiaya görə, Elçin Əkbərov 90-cı illərdə həmin dövrün məşhur "Laləndə” restoranında münaqişə zəminində öz tabel silahı ilə iki nəfəri güləlləyərək ağır yaralayıb.

E.Əkbərov 2015-ci ildə “Yeni Müsavat”a müsahibəsində deyib ki, şəxsi münasibətlər zəminində Mədət Quliyevlə problemi olub: “Mədət Quliyev Penitensiar Xidmətə rəhbər gələndən sonra dedi ki, istədiyim adamı işdən çıxaracam, istədiyimi saxlayacam. Ondan sonra şəxsi münasibətlər kəskinləşdi, mən də ölkəni tərk etdim”

E.Əkbərin Almaniyada dörd uşağı və arvadı ilə birgə yaşayır. Onun 90-cı illərdə “OMON”la əlaqəsi olduğu bildirilir.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Əkbərovun Almaniyada mühacirlik həyatı yaşadığı vaxt da Bakıda biznesini idarə etdiyi, başqa adla hazırladığı saxta pasportla Azərbaycana gəlib getdiyi iddia olunur. Onun Babək prospketində “Aysun” adlı restoranı, Bakıda bahalı maşınları olduğu barədə məlumatlar var. İddiaya görə, E.Əkbərov həyat yoldaşı Pərvin Əkbərova üçün də saxta sənəd düzəldib onu “Sevda Əkbərova” kimi təqdim edib.

Əkbərovun digər qardaşı Elnur isə Nizami rayonunda yerləşən maşın bazarında topdan təkər satışı ilə məşğul olur. Məlumata görə, E.Əkbərov Almaniyadan Azərbaycana içi təkərlə dolu tırlar göndərirmiş, Elnur isə təkərləri özünə götürüb maşını sataraq pulu Elçinə göndərib. E.Əkbərov mühacir statusu aldıqdan sonra Almaniyada ət biznesi ilə məşğul olub.

Almaniya mətbuatının yazdığına görə, mühacir alverinə görə tutulanlar təxminən 20 azərbaycanlıya 3-10 min avro alaraq qarşılığında mühacirlik statusu vəd ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar