Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbib son döyüşünü bu idmançıya qarşı keçirə bilər

Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov peşəkar karyerasının son döyüşünü kanadalı Jorj Sen-Pyerə qarşı keçirə bilər.

PİA.az-ın məlumatına görə, bu barədə UFC-nin prezidenti Deyna Uayt ESPN nəşrinə açıqlamasında deyib.

O bildirib ki, irlandiyalı döyüşçü Konor Makqreqor da Nurməhəmmədovla revanş görüşü istəyir: "Bilmirəm, bunu təşkil etmək mümkün olacaq, ya yox. Çünki, Konor karyerasını bitirib. Görək, hər şey necə bitəcək. Əlbəttə, bu, Həbibin sonuncu döyüşü olacaqsa, Sen-Pyer variantı da mümkündür. O, döyüş sənətində, idmanda özünü yaxşı göstərdi. Həbibi çox sevirəm, ona görə də istədiyini təşkil etməyə hazıram".

Qeyd edək ki, indiyədək 28 döyüş keçirən Həbib Nurməhəmmədov 30 görüşdən sonra karyerasını başa vuracağını deyib. Bu mənada, Sen-Pyerlə qarşılaşma onun üçün sonuncu ola bilər.

Həbibin növbəti rəqibi ABŞ təmsilçisi Castin Geyci olsa da, meneceri Rizvan Maqomedov rusiyalı idmançının bu görüşdə iştirak etməyəcəyini açıqlayıb.

Daha əvvəl Abu-Dabidəki turnirdə hər iki döyüşçü arasında görüşün keçiriləcəyi planlaşdırılırdı. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişdiyindən, bu qarşılaşma təxirə salınıb.

Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə uduzub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar