Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Hazırda Putin Rusiyasının etdiklərinə haqq qazandırmaq üçün 2 qrup fəaliyyətdədir” – Qubad İbadoğlu

“Birincilər, Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə fəallıq edir, ənənəvi “5-ci kolon”un üzvləri və onların tərəfdarları, ikincilər isə opportunist yaltaqlardır”.

“Müşahidələr və əldə etdiyim məlumatlar göstərir ki, əslində Azərbaycanda rus sevdalıları elə də çox deyil”.

Bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, sadəcə, hazırda Putin Rusiyasının etdiklərinə haqq qazandırmaq üçün 2 qrup fəaliyyətdədir: “Birincilər, Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə fəallıq edir, ənənəvi “5-ci kolon”un üzvləri və onların tərəfdarlarıdır. Bu qrupun üzvləri daha mütəşəkkildir, həmişə olub və bundan sonra da olacaq. İkincilər isə opportunist yaltaqlardır, əllərinə fürsət düşüb, istəyirlər bu şəraitdən də faydalansınlar, mənsəb və mövqe qazansınlar. Birincilərlə mübarizə aparmaq hakimiyyətin işidir, heç bir hakimiyyət istəməz ki, başqa dövlətin kəşfiyyat orqanlarına işləyən şəxslər onun dövlətində səlahiyyət sahibi olsun.

Bildiyim qədər onlara qarşı müəyyən addımlar atılır, bəziləri vəzifələrindən kənarlaşdırılıb, ardı gəlsin, davamlı olsun”. ADR Hərəkatının sədri hesab edir ki, bizim cəmiyyət olaraq işimiz ikincilərlə olmalıdır: “Əslində, onlar üçün Rusiya və ya hakimiyyətdə kimin olması vacib deyil. Belələri cəmiyyətdə hər yerdədir, uzqda deyil, ətrafımızdadırlar, birimizin qonşusudur, başqa birimizin iş yoldaşıdır, o birimizin qohumudur, onları hər kəs tanıyır, amma heç kəs ifşa etmək istəmir, ona görə də sayları sürətlə artır, eyni zamanda onları hakimiyyətdən də həvəsləndirənlər tapılır və belələri sonda da yaltaq əməllərindən şirniklənir, başqalarını da təsir altına alırlar.

Odur ki, dostlar gəlin onlara qarşı mövqe qoyaq. Əks təqdirdə onlar merkantilist yanaşmaları ilə Azərbaycan əsgərinin qanı və canı bahasına əldə etdiyi qələbələrə ləkə salırlar. Gəlin birlikdə çalışaq ki, döyüşdəki qələbəmizlə diplomatiyadakı uğurlarımız arasında simmetriya olsun. Soruşacaqsınız necə? Mən onları həm virtual və həm də real həyatımdan silib atıram, asan deyil, aralarında yüz illərin köhnə dostu və keçmiş əqidə yoldaşları da var. Siz də ilk növbədə bunu edin və gəlin hamılıqla yaltaqlığa, məddahlığa qarşı mübarizə aparaq, yoxsa, onlar bugün rus, sabah fars, bürüsü gün Qərb sevdalısı kimi sağlam və milli ruhlu insanları da mübarizədən iyrəndirib çəkindərərək, cəmiyyətin tarazlığını özlərinin xeyrinə pozacaqlar, bəlkə də artıq pozublar. İkincilər gerçəkdən gələcəyimiz üçün böyük təhlükədir, bu riski gözaltına alıb, fərqinə indidən varmalıyıq”.(Hurriyyet.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Ən çox oxunanalar