Çərşənbə axşamı, 01 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır - Elçin Alıoğlu

Laçını "alınmaz qala"ya döndərdiyini deyən düşmən yeni mifininin alt-üst olmasına hazır olsun...

Bu gecə səhərədək Qarabağda bütün cəbhələr boyunca döyüşlər davam edib. Ən şiddətli vəziyyət isə Əsgəran, Qırmızıbazar, QubadlıLaçın istiqamətlərindədir.

Laçını "alınmaz qala"ya döndərdiyini deyən düşmən yeni mifininin alt-üst olmasına hazır olsun.

Əvvəl Azərbaycan Müdafiə Nazirliyinin dünən "düşmən LaçınQubadlı rayonlarını atəşə tutur" tipli messic bəyanatı ilə çıxış etməsi, sonra da Ermənistanın Müdafiə Nazirliyinin Laçında döyüşlər getdiyini etiraf etməsi bir sıra mətləblərdən xəbər verir:

✅ 1. Qubadlı rayonunun işğaldan tam azad edilməsi uğrunda aparılan döyüşlərin yuxarı ekstremum nöqtəsi, pik həddi geridə qalıb.

Qubadlı şəhərinin azad edilməsi qısamüddətli perspektivdir.

✅ 2. Laçın istiqamətdə ənənəvi taktika və klişe strategiyadan istifadə çox pis, zərərli nəticə verə bilər.

Bu səbəbdən Dağlıq Qarabağın "açar"ı sayılan Laçın uğrunda döyüşlərdə "bəlirlə, vur, yor" taktikası daha ciddi nəticələr verə bilər.

Döyüşlər ağırdır və daha da ağır olacaq, çünki Qarabağın cənubundan fərqli olaraq, ordumuz indi yüksəkliklərlə irəliləyir.

Hakim yüksəkliklər tutulur, orada dərhal müşahidə və idarəetmə postları formalaşdırılır, ehtiyat qüvvələr arxadan irəli çəkilir, topoqrafik-ərazi və aviasiya kəşfiyyatı aparılır, yalnız bundan sonra irəliləyiş üçün plasdarm hazırlanır.

✅ 3. Hazırda ön plana aviasiya və artilleriya çıxıb. Zirehli texnika indiki şəraitdə yalnız taqım səviyyəsində dəstək funksionallığına malikdir: genişmiqyaslı hücumdan söhbət belə, gedə bilməz.

✅ 4. Qırmızıbazar istiqamətdə də döyüşlərin intensivliyi dəfələrlə artıb. Bu yaşayış məntəqəsi işğaldan azad olunduqda Şuşaya yol açılır.

✅ 5. Əsgəran istiqamətdə döyüşlərin formatı dəyişib. Ordumuz düşmənə qarşı ukraynalıların separatçılarla döyüşdə tətbiq etdikləri "anti-Debaltsevo" taktikasını reallaşdırmır.

Düşmən də bunu istəyirdi.

Tam əksinə, hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır və göz önündə klassik "kisə" formalaşır.

✅ 6. Ağdərə istiqaməti. Ən ciddi məqamlardan biri olan bu məkanda düşmənin iri qruplaşmasına artilleriya və aviasiya zərbələri endirilir.

Bu istiqamətdə əsla tələskənliyə yol vermək olmaz.

 

Günümüz uğurlu olacaq.

Elçin Alıoğlu (dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri tapıldı - Foto

Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" - Foto

Erməni hərbi əsirlər Bakıda parada çıxarılacaq?

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” - Şevçenko

Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” - Video

Laçın sabah boşaldılmalıdır, amma... – Dəhlizi kim və necə müəyyənləşdirəcək?..

İkinci Qarabağ müharibəsindəki itkilərimiz haqqında

Mühasirəyə düşmə videosu yayılan hərbçi Şuşa istiqamətində şəhid olub - Video

Hərbiçilərimizin qüdrətindən dəhşətə gələn emrənilər:"Onların hücumu əzrayılın gəlişi kimi idi"

Zori Balayanın oğlu Şuşa döyüşündən danışdı: “Bu, əfsanəvi əməliyyat idi”

loading...

Ən çox oxunanalar