Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hazırda dünyada 52 milyona yaxın alzheimer xəstəsi var

"Hazırda dünyada 52 milyona yaxın insan alzheimer xəstəliyindən əziyyət çəkir, lakin proqnozlara əsasən, 2030 ildə bu rəqəmin 75, 2050 ildə isə 152 milyona qədər artması gözlənilir".

Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov deyib.

O qeyd edib ki, 1994 -cü ildən etibarən hər il 21 sentyabr dünyada Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur.

F.İsmayılov bu xəstəlik haqqında ümumi məlumat verib. Onun sözlərinə görə, alzheimer xəstəliyi yaddaş, düşüncə və davranış problemlərinə səbəb olan və çox rəst gəlinən bir demensiya növüdür. Alzheimer xəstəliyi koqnitiv proseslər və digər funksiyaların enməsi, baş beyninin alın, təpə, gicgah paylarının subkortikal sahələrində neyronların və sinaptik əlaqələrin məhv olması səbəbindən idrak prosseslərin (yaddaş, təfəkkür, qavrama və nitq) və ali qabıq funksiyalarının pozulması ilə nəticələnə bilər.

F.İsmayılov alzheimer xəstəliyinin simptomları haqqında danışıb. İlk növbədə, idrak (yaddaş, nitq, məntiq) və davranış proseslərinin pozulmasını qeyd edən professor xəstəliyin ilkin mərhələsinin simptomları daha yüngül, sonrakı mərhələlərdə ciddi fəsadlara gətirib cıxardığını bildirib. Kiçik yaddaş problemləri (yeni məlumatın, son danışıqlar və hadisələrin, insanların, əşyalar və yerlər adlarının yadda qalmaması) ilə başlayan xəstəlik irəlilədikcə ondan əziyyət çəkənlərdə hallüsinasiya və fantastik ideyaların yaranması, yaxınlarını tanımaması, hərəki funksiyaların pozğunluğu, öz hərəkət və fikirlərinə qarşı məsuliyyətin yox olmasına gətirə bilər. Bu xəstəliyin diaqnostikası haqqında məlumat verən tibb elmləri doktoru bu sahədə ən effektiv diaqnostik üsul sayılan Psixi Statusun Qısa Qiymətləndirilməsi şkalasının (Mini-Mental State Examination, MMSE) aparılmasından məlumat verib.

F.İsmayılov alzheimer xəstəliyinə tutulma riski yüksək olan qruplar haqqında məlumatla davam etdirib. O bildirib ki, yaşları 65-dən yuxarı olan insanların tutulma riski daha yüksəkdir, lakin xəstəliyin erkən forması artıq 40 yaşdan sonra da başlaya bilər. Belə hallar, əsasən, irsi xarakter daşıyır. Bəzi mənbələrə görə, qadınlar ömürləri daha uzun olduğu səbəbindən bu xəstəlikdən kişilərə nisbətən 6-10 qat daha çox əziyyət çəkir. Həmçinin, professor bu xəstəliyə tutulma risk qrupunda alkoqolu qəbul edən, siqaret çəkən, yüksək qan təzyiqi, xolesterol və şəkəri olan və kəllə-beyin travmalarını alan insanların daxil olduğunu qeyd edib.

“Təəssüf ki, alzheimer xəstəliyi üçün məlum bir müalicə metodu hələ də mövcud deyil. Buna baxmayaraq, bəzi simptomları müvəqqəti yüngülləşdirən dərman müalicəsi var. Alzheimer xəstələrinin beyinlərində Asetilxolin adlı kimyəvi maddə çatışmır. Bu maddə tərkibli dərmanların qəbulu koqnitiv funksiyalarının enmə sürətini xeyli azalda bilər. Medikamentoz müalicə ilə yanaşı qeyri-medikamentoz müdaxilələrin aparılması tövsiyə olunur. Xəstələrə gündəlik həyat fəaliyyətinin təşkilinə yönəlmiş müxtəlif davranış metodlarının istifadəsi, düzgün qidalanma, aqressiya və depressiyanın büruzə verməsi istiqamətində müalicə rejiminə riayət etmə məsləhət görülür. Bundan başqa, xəstənin ailə üzvlərinin pasiyentə qarşı qayğı göstərməsi xəstəliyin ağırlaşma profilaktikası üçün faydalıdır”, - o, vurğulayıb.

Psixi Sağlamlıq Mərkəzinin rəhbəri dünyada alzheimer xəstələrinin artma dinamikasının son vaxtlarda dəyişmə səbəblərindən söhbət açıb. F.İsmayılov bu artımın səbəblərinə aid fikirlərini bildirib: “Bu artımın əsas səbəblərindən biri dünyada ömrün uzunluğunun artmasıdır, çünki yaş alzheimer xəstəliyini yaradan və inkişaf etdirən əsas faktorlardan biridir. Dünya statistikasına əsasən, 65 yaşdan sonra hər 14 insandan birində, 80-dən sonra isə hər 6 nəfərdən birində bu xəstəlik müşahidə olunur”.

F.İsmayılov çoxlarını maraqlandıran alzheimer xəstəliyinin profilaktikasının nədən ibarət olduğuna da aydınlıq gətirib. Bu sahədə bir neçə tövsiyəsini verib. İlk növbədə professor fiziki aktiv olmaq (həftədə ən az 3 dəfə kardio məşqlər və qaçışla məşğul olmaq), sağlam qidalanmağı (rasiona tərəvəz, qoz-fındıq, zeytun yağı, mavi giləmeyvə, lobya, tam taxıl qidaları, balıq, quş əti əlavə etmək) və sutkada ən azı 7-8 saat yatmağı məsləhət görüb. Bundan başqa, davamlı və balanslanmış əqli və fiziki fəaliyyətlə məşgul olmaq Fuad İsmayılovun fikrincə beyin sağlamlığını artıra və xəstəliyin inkişafının qarşısını ala bilər. Xarici dilləri öyrənmək insanın düşüncə proseslərinin və yaddaşının aktivləşdirilməsinə səbəb olduğunu vurğulayan tibb elmləri doktoru alimlər və poliqlotların xəstəlikdən daha az əziyyət çəkdiklərinin sübut olunduğunu qeyd edib.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

loading...

Ən çox oxunanalar