Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hazırda Avropda koronavirusun yeni növü tüğyan edir - Alimlərin rəyi

Koronavirus mutasiyaya uğrayıb, bunun nəticəsində bütün Avropada onun yeni ştammı yayılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir rəy İspaniya və İsveçrə alimlərinin birgə araşdırmasından sonra ictimaiyyətə açıqlanıb.

Ekspertlərin fikrincə, Böyük Britaniyadakı koronaviruslu xəstələrin 80%-i, İrlandiyadakıların 60%-i, Fransanın 40%-i məhz yeni ştammla yoluxub.

Avropalı elm adamları virusun yeni növünə “20А.EU1” adını veriblər. Araşdırmaçılar bədnam zərrəciyin genetik strukturunda klassik “Sars-Cov-2” dakından fərqli 6 xüsusiyyət aşkar ediblər.

 

Professor Tana Ştalderin sözlərinə görə yeni ştamm İspaniyada törəyib.

İspan genetiki İnyaki Komas isə hər şeyin hansısa kütləvi bir tədbirdən sonra başladığını, burada bir neçə “superyayıcı”nın peyda olduğunu bildirib.

İspaniyalı alim burada ölkəyə gələn turistlərin rol oynaya biləcəyi ehtiamalını dilə gətirib. Virusun yeni mutasiyasının xəstəliyin keçməsi və müddəti baxımından əvvəlki “versiyasından” daha təhlükəli olduğu məlum olub.

“Koronavirusun bu cür dəyişik forması hələ qarşımıza çıxmamışdı. Üstəlik mutasiyanın onun yayılma sürəti və hansı nəticələrə səbəb olacağı barədə də dəqiq informasiyamız yoxdur”, - deyə İsveçrənin Bazel universitetindən elmi qrupun rəhbəri Emma Hodkroft bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

“Rusiya yatmış ayı kimi bir şeydir, qıcıqlandırmaq olmaz” – Vahid Əhmədov

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Video, Foto

Paşinyandan Rusiya sülhməramlılarıyla bağlı açıqlama

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

loading...

Ən çox oxunanalar