Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub - Faktiki hava

Mayın 11-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, düşən yağıntının miqdarı Balakəndə 42 mm (aylıq normanın 33 faizi), Zaqatalada 34 mm (aylıq normanın 27 faizi), Qəbələdə 26 mm (aylıq normanın 22 faizi), Oğuzda 22 mm (aylıq normanın 21 faizi), Kişçayda (Şəki) 20 mm, Altıağac (aylıq normanın 22 faizi), Şamaxıda 16 mm (aylıq normanın 23 faizi), Tərtərdə 15 mm, Tovuz, Xaltanda 13 mm, Gədəbəy, Şəki, Qusarda 12 mm, Daşkəsəndə 11 mm, Quba, Lerik, Ağstafada 10 mm, Göyçayda 9 mm, İsmayıllı, Göygöldə 8 mm, Bərdə, Ağdərədə (Ordubad) 7 mm, Şabran, Mingəçevir, Kürdəmir, Ağdamda 6 mm, Zərdab, Yevlaxda 5 mm, Beyləqan, İmişli, Lənkəran, Şəmkir, Gəncə, Naftalan, Şərurda 4 mm, Yardımlı, Şahbuzda 3 mm, Astara, Neftçala, Mərəzə, Ceyrançöl, Ordubadda 2 mm, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Xaçmaz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 3 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm, Zabratda 0,8 mm olub. Qrız, Şahdağ, Xınalıqda qar yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçala, Mingəçevirdə 20 m/s, Bərdədə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Sumqayıtda 28 m/s, Qum adasında 24 m/s, Neft Daşlarında 23 m/s, Pirallahıda 22 m/s, Çilov adası, Zabrat, Maştağa, Bakıda 21 m/s, Binədə 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, Naxçıvan MR-da 17-22 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4 dərəcə şaxta olub.

pia.az 


Etiket: Hava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar