Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hava daşımaları ilə bağlı qərara dəyişiklik edilib - Baş Nazirdən qərar

Hökumət hava daşımaları ilə bağlı qərara dəyişiklik etdi...

Nazirlər KabinetiAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda dəyişiklik edib.

PİA.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda hava daşımalarının təşkili sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarının həyata keçirilməsi üçün müqavilələrin rəsmiləşdirilməsi, sənədlərin tərtib edilməsi yollarını, həmçinin sərnişin, baqaj və yük daşımalarını həyata keçirmək hüququna malik olan aviaşirkətlər (daşıyıcılar) və bu prosesə cəlb olunan Azərbaycan Respublikasının digər mülki aviasiya obyektləri üçün tələbləri müəyyən edir.

Müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilən və qüvvədə olan mülki aviasiya istismarçısı sertifikatına malik olan aviaşirkətlərə bu sənəddə qeyd olunmuş şərtlərə uyğun hava daşımalarını həyata keçirmək hüququ verilir.

İndiyədək razılığa gələn dövlətlər arasında bağlanan hökumətlərarası sazişlərə əsasən müəyyən edilmiş marşrutlarda sərnişin, baqaj və yük daşımalarını tərəflərin mülki aviasiya administrasiyalarının təyin etdikləri aviaşirkətlər həyata keçirirdi.

Dəyişikliyə əsasən razılığa gələn dövlətlər arasında bağlanan hökumətlərarası sazişlərə əsasən müəyyən edilmiş marşrutlarda sərnişin, baqaj və yük daşımalarını tərəflərin aidiyyəti qurumlarının təyin etdikləri aviaşirkətlər həyata keçirəcək.

Daşıyıcının qaydaları ilə müəyyən edilmiş hallarda ödənilməli olan əlavə məbləğin yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxslər, habelə sərnişinlər tərəfindən daşıyıcıya ödənildiyini təsdiq etmək üçün daşıyıcı aşağıdakıları təqdim edir:

müxtəlif yığımlar qəbzi (order) - hava daşıması haqqında müqavilənin dəyişdirilməsi, xidmət göstərilməsi, habelə cərimələrin ödənilməsi ilə əlaqədar yığım və ödənişlər sərnişin, yükgöndərən və ya yükalan tərəfindən ödənilərkən;

pullu baqaj qəbzi - müəyyən edilmiş pulsuz daşıma normasından artıq baqaj üçün sərnişin tərəfindən ödəniş aparılarkən.

Daşıma və ödəniş sənədlərinin formaları və onların tətbiqinə dair təlimatlar qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlərin standart nümunələri və onların tətbiq olunması üzrə ümumi qaydalara əsasən aviaşirkət (daşıyıcı) tərəfindən müəyyən edilir. (Report)

pia.az


Etiket: Əli Əsədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar