Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı peşə sahiblərində xərçəngin riski daha yüksəkdir?

Həkimlər xəbərdarlıq edir ki, bəzi peşə sahiblərində digərlərlə müqayisədə xərçəng xəstəliklərinin riski daha yüksəkdir.

Saglamolun.az ura.ru-ya istinadla xəbər verir ki, birinci və ikinci yerdə manikür ustaları və bərbərlər qərarlaşıb. Onlar tez-tez boya, lak, həlledicilərin tərkibində olan toksiki maddələrlə ünsiyyətdə olur. Bu maddələrin güclü kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətləri var. Bu səbəbdən manikür ustaları və bərbərlər yalnız yaxşı ventilyasiya sistemi olan yerlərdə işləməli və qoruyucu maskalardan istifadə etməlidir.

3-cü yerdə daim kompüterdə işləyən ofis işçiləridir. Fiziki aktivliyin az olması xərçəngin riskini artıran faktorlardan biridir. Mütəxəssislər ofis işçilərinə hər 1 saatdan bir ayağa qalxmağı, sadə fiziki hərəkətlər etməyi, bir qədər gəzişməyi tövsiyə edirlər.

4-cü yerdə aviasiya işçiləridir. Buna pilot və stüard və stüartdessalar aiddir. Bu peşə sahibləri yükəsklikdə gün şüalanmasına məruz qalır ki, bu da xərçəng riskini artırır.

5-ci yerdə gecə növbələrində işləyən peşə sahibləridir. Gecə saatlarında işləmək insanın bioloji ritmlərini kobud şəkildə pozur ki, bu da bir çox xəstəliklərin və o cümlədən xərçəngin riskini artırır.

Milli.Az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar