Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı məmurun xanımı 15 il evdə oturub, büdcədən maaş alıb?

Əli Həsənovla bağlı araşdırmalar zamanı yeni hallar üzə çıxıb...

“Jurnalistlər üçün tikilmiş binalarda yeyintilərə görə aparılan istintaqa bir sıra saytların əməkdaşları da cəlb olunub. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaqda onlar şahid qismində dindirilib. İstər Əli Həsənovun, istərsə də Vüqar Səfərlinin əleyhinə xeyli ifadələr var”, – bu barədə Azadliq.info-ya prokurorluqdakı mənbə məlumat verib.

Söhbət Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənov və Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri Vüqar Səfərlidən gedir.

Prokurorluq da Əli Həsənovun bu iş üzrə istintaqa cəlb edilməsi, hüquq-mühafizə orqanlarının onun Türkiyədəki xəstəxanada sağalmasını gözlədiyi barədə məlumatları təkzib etmədi. Adətən informasiya doğru olmayanda dövlət qurumları bunu birmənalı şəkildə təkzib edir. Amma prokurorluğun Əli Həsənovla bağlı suala cavabında təkzib yox idi.

Mənbənin sözlərinə görə, araşdırmalar zamanı jurnalist binalarının tikintisinə aid olmayan, amma büdcə israfçılığına aid bir sıra başqa məqamların da üstü açılıb: “Məlum olub ki, Əli Həsənova yaxın adamların qohum-əqrəbaları dövlət büdcəsindən maliyyələşən media orqanlarına yerləşdiriliblər. Bəzilərinin sadəcə, adı rəsmi sənədlərdə işçi kimi gedib, özləri işə gəlməyib. Bəziləri isə jurnalist kimi heç bir qabiliyyətləri olmadığı halda, məsul işlərin icrası onlara həvalə olunub. Məsələn, “Azərtac”ın, AzTV-nin xarici ölkələrdəki müxbirləri və s. Təkcə Əli Həsənov deyil, başqa keçmiş məmurların, hazırda vəzifədə olan şəxslərin qohum-əqrəbaları ilə bağlı da bənzər faktlar əldə olunub”.

Mənbə konkret adlar da çəkib. Məsələn, Milli Televiziya və Radio Şurasına 17 il (2003-cü ildən 2020-ci ilin aprelinə qədər) rəhbərlik etmiş Nuşirəvan Məhərrəmlinin həyat yoldaşı Xalidə Məhərrəmova. Xalidə xanım 15 ildən çoxdur ki, “Azərtac” dövlət agentliyinin rəsmi əməkdaşıdır: “Amma rəsmi sənədlərdə. Bu xanımı redaksiyada görən olmur, çünki işə gəlmir. Hətta müqavilə yenilənəndə də evinə göndərirlərmiş ki, imzalasın. Agentliyin xarici ölkələrdəki müxbirlərinin də az qala, hamısı hansısa məmurla qohumluq, dostluq əlaqələri olan şəxslərdir. Aralarında elələri var, heç normal xarici dil bilgisi yoxdur.

Onların arasında Ramiz Mehdiyev və Əli Həsənova yaxın olan adamlar üstünlük təşkil edir. Özbəkistan müxbiri Ramiz Mehdiyevin həyat yoldaşının qohumudur. Böyük Britaniyadakı xanım müxbir də Ramiz Mehdiyevin qohumudur. Almaniyadakı müxbir Vüqar Seyidov Əli Həsənovun dostudur. Özü də Macarıstan vətəndaşıdır. Jurnalistlərin binasından da ona ev verilib. İlham Əliyev həmin binanın açılışına gələndə daxil olduğu mənzil Vüqar Seyidovun mənzili idi. Açılışa görə mənzilin bütün avadanlığı da “Azərtac”ın vəsaiti hesabına alınmışdı. Vüqar Seyidovun həyat yoldaşı da “Azərtac”ın başqa bir ölkədə müxbiridir. Misir, ABŞ, İsveçdəki müxbirlər də Əli Həsənovun adamları idi. Eyni məsələ Yaponiyadakı müxbirə də aiddir. O, eyni zamanda, AzTV-nin də müxbiri idi. Orada rəhbərlik dəyişəndə onunla müqaviləyə xitam verildi. “Azərtac”da isə qalıb”.

Əli Həsənov isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması haqda məlumatı təkzib edib: “Mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri barədə haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, 10-15 günə Azərbaycana qayıdacağam”.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində jurnalistlərə mənzil tikintisi və paylanması zamanı yeyintilərlə əlaqədar Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb. Məsuliyyətə cəlb edilənlər arasında V.Səfərlinin binaların tikintisində iştirak etmiş qohumunun da olduğu bildirilir.

pia.az


Etiket: Əli Həsənov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar