Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı mədəniyyət Gəncə terroruna haqq qazandıra bilər?..

Qərb mətbuatında müsəlman Azərbaycanın elm, incəsənət və mədəniyyət sahələrində geridə qalması vurğulanarkən, Qərbin və Ermənistanın inkişafı önə sürülür. Bəs Gəncəni vuran raketlər hansı incəsənət üstünlüyünün göstəricisidir?..

Selçuk Türkyılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 19 oktyabr 2020-ci il

Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda apardığı mübarizədə böyük uğurlar qazanır. Lakin bu uğuru yalnız bu günkü şəraitdə anlamaq mümkün deyil. İnkişaf etmiş Qərb ölkələrinin Şərqdəki hegemoniya tarixini nəzərə alaraq Azərbaycanın öz problemlərini həll etmək və gücünü meydanda əks etdirmək iradəsi ilə maraqlanmalıyıq. Bu uğurun hesablanmamış nəticələri olacaq. Azərbaycan artıq yeni aktyor kimi meydandadır və Qafqazda yüksələn bir gücdür.

Azərbaycanın bu günkü uğurundan danışarkən Ermənistanın mülki əhalini hədəf almasından sonra Azərbaycanın işğal olunmuş ərazilərini xilas etmək üçün hərəkətə keçdiyini müzakirə etməliyik. Bu vəziyyət Azərbaycanın ən haqlı davada belə, çətin vəziyyətdə qaldığını göstərir. Azərbaycan da qlobal təzyiq altındadır. Qərb ittifaq qurmadığı və öz mənafelərinə xidmət etməyən millətlərə, ölkələrə maddi vasitələrlə və daxildən seçdiyi əlaltıları ilə təzyiq göstərməyə davam edir. Müstəmləkəçi dövrdə içəridə yetişdirilən ünsürlər işğal və istila vasitəsi idisə, indi də təbliğat vasitəsinə çevriliblər.

İçəridən seçilən ünsürlərin bu təzyiqin meydana gəlməsinə daha çox kömək etdiyi bir dövrdəyik. Misal üçün işə həmin siyasətçilər Qərb ölkələrinin rifah səviyyəsini vurğulayırlar və daha geniş cəmiyyət nümayəndələrinin ölkələrində yaşamaq istəmədiklərini bildirirlər. Həmçinin bəzi məşhur insanlar da elm, incəsənət və mədəniyyət sahəsində ermənilərin və ya digər millətlərin üstün olduqları iddia edirlər. Eyni şəkildə tam da bu dönəmdə “ərəblər” başlığı altında kənarlaşdıran yazılar da qələmə alınır. Fərqli sahələrdə ortaya çıxan, lakin oxşar xüsusiyyətlərə malik ifadələri ümumi təzyiq kateqoriyasına daxil edə bilərik. Bunlar Qərblə Şərq arasındakı mübarizənin həqiqi müharibəyə çevrildiyi bir dövrdə normal davranış kimi qəbul edilə bilməz.

“Ərəblər” başlığı altında yazılan kənarlaşdırıcı düşüncələri Azərbaycana da tətbiq etmək mümkündür. Bu başlıq altında xalqın elm, incəsənət və mədəniyyət baxımından gerildə qalması vurğulanır və beləcə, onların bu günki vəziyyətə layiq olduğuna haqq qazandırılır. Azərbaycanın da elm, incəsənət və mədəniyyət sahələrində geridə qaldığı fikri gücləndirilərək “layiq olunmuş vəziyyət” kimi göstərilir. Siyasətçilər isə yaşamağa dəyməyən ölkə üçün mübarizə aparmağın lazımsız olduğunu önə çəkir. Məsələnin onların gördüyü kimi olmadığını başa salmaq mümkün deyil. 3 ayrı nümunəni də təbliğat kateqoriyasına daxil etməliyik.

Gəncəni vuran raketlər hansı incəsənət üstünlüyünün göstəricisidir? Elm və mədəniyyətdə inkişaf etmək vəhşiliyə haqq qazandırırsa, bu fikirləri qəbul edən sivilizasiyaların mədəni düşüncələrindən də qorxmalıyıq.

Çünki bunların istər bəşəriyyətə, istərsə də doğulub böyüdükləri torpağa aid olmadığı ortaya çıxır. Azərbaycanın bu günkü uğurlarını neftlə əlaqələndirərək aşağı görən “vətənsiz” qruplar Qərbi proqressiv, Şərqi isə geridə qalmış kimi görür. Lakin məşhur Qərb şairlərinin müstəmləkəçilik tarixindəki rollarını və türklərə qarşı olan düşmənçiliyini qətiyyən başa düşmürlər. Çünki o da 19-cu əsrin “mədəni irsini daşımaq” missiyasının müəllifi olaraq öz kimliyindən uzaqlaşıb və fərqli bir kimliyə bürünüb. Artıq özlərini qərbli kimi gördükləri üçün başqaları haqqında fikirlər söyləyə biləcəklərini düşünürlər.

Azərbaycanın bu günkü uğuru böyükdür. Bu uğuru işğal altındakı torpaqların azad edilməsi ilə məhdudlaşdıra bilmərik. Gəncə kimi böyük şəhərlərə raket zərbələri endirilərkən Azərbaycanın mədəni olmadığı vurğulanırsa, deməli ortada bizim gördüyümüzdən daha böyük bir mübarizə var. O zaman bu mübarizədən və ortaya çıxan uğurdan yerli-yerində istifadə etmək lazımdır. Azərbaycan indiki uğurlarını 250 ilə yaxın yaşadığı işğaldan və istiladan qurtulduqdan sonra əldə edir. Çox güman ki, bu uğur nümunə kimi də göstəriləcək. Müstəmləkəçilik tarixini nəzərə aldıqda uğurun miqyası daha yaxşı başa düşülür. Ermənistan kimi varlığını imperialist ölkələrlə qurduğu münasibətlərə borclu olan güclərin bu dövrdən dərs götürməli olduğu aydın məsələdir.

20-ci əsrin əvvəllərində Çar Rusiyasının imperialist və müstəmləkə siyasətinə qarşı kazan türklərinin rəhbərliyi ilə ortaya çıxan fikirlər bütün dünyaya təsir etmişdi. Kommunizmin anti-imperialist bir ideyaya çevrilməsində Sultan Qaliyev kimi aparıcı ziyalıların rolunu qiymətləndirmək lazımdır. Əslində, bu fikirlərin müstəmləkəçi millətlər arasında tanınmasında Bakı da böyük rol oynayıb. Azərbaycanın müstəmləkəçilikdən sonra yaranan dövlətlərə nümunə olması ehtimalından söhbət gedir. Türkiyənin dəstəyi ilə birlikdə nəzərə alsaq, vəziyyətin o qədər də sadə olmadığını başa düşə bilərik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar