Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Hamının xoşbəxt olduğu vəziyyət”: Türkiyənin uduşu nədir?

Prezident Donald Tramp, vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo mühasirədədirlər...

Ağ Ev impiçment sorğusu ilə maraqlanmır. Dövlət Departamentinin bir neçə karyera işçisi qiyam qaldırıb, onlar Konqresə administrasiya içərisində və ətrafındakı elementlərin yaramaz diplomatiya ilə məşğul olduqlarını isbat edirlər. Konqres Trampın Suriyadakı siyasətinə eyni dərəcədə qarşı çıxır və respublikaçılar pərən-pərən düşüblər.

Burada, paytaxtda isə Tramp administrasiyası təvazökar qələbə qazana bilib: Suriyada qan tökülməsinə müvəqqəti son. 4 saatdan çox davam edən danışıqlar nəticəsində – təqribən 90 dəqiqə Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkbətək ünsiyyətdə olublar – tərəflər fasilə və kürd qüvvələrinə “etibarlı bölgədən” çıxma üçün 120 saat möhlət veriblər. ABŞ yeni sanksiyalara əl atmayacağına və Türkiyə razılaşmaya əməl etdikdə mövcud sanksiyaları ləğv edəcəyinə razılaşıb.

Ərdoğanın oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır – düz 5 gün sonra.

Müəyyən mənada hədd olduqca aşağı səviyyədə qoyulub. ABŞ Suriyada hərbi cəhətdən güclənmir, Pens bunu Amerika səfirinin iqamətgahında deyib. Təvazökar missiyasını o bu şəkildə səciyyələndirib: “Prezident Tramp bizi zorakılığa son qoymaq və dərhal atəşkəs əldə etmək üçün bura göndərib. Bu gün müzakirə etdiyimiz razılaşma və prezident Trampın qəti mövqeyi sayəsində buna nail olduq”.

Texasdakı mitinq öncəsi danışan prezident deyib ki, bu müqaviləni “milyonlarla insanın həyatını xilas edən inanılmaz nəticə” kimi dəyərləndirir. “Bu, hamının xoşbəxt olduğu bir vəziyyətdir. Kürdlər çox xoşbəxtdirlər. Türkiyə çox xoşbəxtdir. ABŞ çox xoşbəxtdir. Daha kimlər? Sivilizasiya çox xoşbəxtdir. Sivilizasiya üçün bu, əla bir şeydir”.

Prezidentin türk müdaxiləsinə dəstəyini sərt şəkildə tənqid edən Tramp müttəfiqi, Kris Van Hollenlə birlikdə təklif olunan sanksiya qanun layihəsinin həmmüəllifi olan senator Lindsi Qraham müqaviləni “həqiqi irəliləyiş” və “tərəqqi” adlandırıb.

Lakin Yaxın Şərq analitikləri az təsirləniblər. “Bu, ABŞ-dan daha çox Türkiyənin istədiyi bir şeydir”. Bunu Qlobal Siyasət Mərkəzinin Suriya üzrə mütəxəssisi Həsən Həsən deyib: “Ən azı 2015-ci ildən bu yana Türkiyə Mənbic və Raqqa kimi xüsusi şəhərlər üzərində Amerikadan güzəştlər qoparmağa çalışıb. Bu, topdansatış güzəştidir. Ərdoğan, şübhəsiz ki, sövdələşmədən çox şey əldə etdi: Suriyanın şimalında kürd layihəsinin sona çatması və ABŞ-ın geri çəkilməsi”.

Senator Marko Rubio (respublikaçı) Pens və Pompeoya tərif yağdırıb və əlavə edib: “Ancaq Ərdoğanın hədəfində atəşkəs siqnalları görünmür. O hələ də kürdlərin ərazilərindən təmizlənməyi və “təhlükəsizlik zonası” yaratmağı planlaşdırır, kürdlərə ultimatum verir: onlar ya könüllü olaraq ərazini tərk etməli və ya orada ölməlidirlər”.

Cəmi 24 saat əvvəl Trampın Pompeo və Pensi Ankaraya göndərməsi administrasiyada bəzilərini narahat etmişdi. Onların iradı Suriyanın şimalında qarşıdurmaya başlayan və buna son vermək istəmədiyini bildirən Ərdoğanla atəşkəs əldə etmək idi. Açıq bəyanatlarında Ərdoğan atəşkəs anlayışını rədd edib və administrasiyada Pensin yarıyolda geri qayıdacağı, Pompeonun isə Qüdsə əliboş getməsi qorxusu vardı. Amma Türkiyəyə 9 saatlıq səyahət uğurlu olub.

Yaxın 5 gündə Türkiyə hərbi əməliyyatları dayandıracaq, YPG – İŞİD-i əzmək üçün vacib olan kürd hərbi qruplaşması təhlükəsiz bölgəni tərk edəcək. Kürd qoşunları artıq Suriyanın sərhəd bölgəsini tərk edir, Pens bunu vurğulayıb. Türkiyə kürdlərin İŞİD-ə qarşı barışmaz mövqe rəmzi olan Kobaniyə hərbi təcavüz etməyəcək.

Dövlət Departamentinin təyyarəsi Ankaradan havalanarkən, jurnalistlərə məlumat verən Cefri bildirib ki, ABŞ kürdlərin “bu bölgələrdə hərbi gücə sahib olmadığı nəticəsinə gəlib, buna görə də, atəşkəsin daha yaxşı olacağını düşündük… bir növ, xaotik vəziyyətə nəzarət üçün”.

Jurnalistlərə verilmiş bülletenə əsasən, ABŞ, həmçinin Türkiyənin NATO-dakı yaxşı mövqeyini vurğulayıb və hər iki ölkə Suriyanın ərazi bütövlüyünü qorumağa qərarlılığını bir daha təsdiqləyib.

Gün boyu ümid üçün bəzi kiçik əlamətlər var idi. Pens və Ərdoğan ilk görüşü ABŞ-da tərcüməçi olaraq çalışan, uzun müddət Yaxın Şərqdəki elçisi olmuş Cim Ceffri ilə təkbətək keçirib. Köməkçilər bildiriblər ki, görüşün cəmi 10 dəqiqə davam etməsi planlaşdırılıb, lakin o, təxminən, saat yarım davam edib.

Bundan sonra jurnalistlər Ərdoğan və müşavirlərinin Pens, Pompeo və komandaları ilə görüşdükləri konfrans otağına müşayiət edilib. ABŞ rəsmiləri bu həqiqətin – Türkiyə prezidentinin daxili otaqlarına girən amerikalı müxbirlərə iltifatın monumental olduğunu qeyd ediblər.

Saat 7:15 radələri. Ankarada Pens və Pompeo prezident sarayına girdikdən dörd saat sonra, türklər ac köməkçilər və müxbirlər üçün yemək gətirməyə başlayıblar.

Ancaq demək olar ki, dərhal türk qrupları kameraları qurmağa başlayıb və Pens, Pompeo müqavilənin çərçivəsini elan etmək üçün saraydan ayrılmağa, səfirin iqamətgahına yollanmağa hazırlaşıblar.

“Fort Worth”-a enəndən sonra Pens və Pompeonun səylərini tərifləyən Tramp əvvəlcə müxbirlərin bir neçə sualını cavablandırıb: “Açığı, məni ən çox sevindirən razılaşmanın sürətlə əldə edilməsidir. Mən çox ümidli idim, bunu çox tez edə bildik. Bunun daha uzun sürəcəyini də düşünmüşdüm. Sövdəni bu qədər sürətli həyata keçirmək ağıllı bir iş oldu”.

Tramp son günlərin dramatik hadisələri olmadan “qeyri-ənənəvi” sövdələşmənin mümkün olmayacağına israr edib: “Türkiyə bunu 3 gün əvvəl əsla etməzdi. Həmçinin kürdlər də. Bu, hamının xoşbəxt olduğu bir vəziyyətdir. Mən xoşbəxtəm, çünki döyüş yoxdur. Əlbəttə, insanların çoxunu neçə-neçə il sonra yenidən vətənə qaytara bilərik”.(Tərcümə: Strateq.az)

Ceyk Şerman

“Politico”, 17.10.2019

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Türkiyə

loading...

Ən çox oxunanalar