Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hamiləri Xudiyev qardaşlarından niyə imtina etdilər?

Ukraynadakı səfirimiz qardaşı Anarı da “yandırıb”...

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev xeyli sakitləşib və kabinetindən kənara çıxmır”.

Ovqat.com-a Ukraynada yaşayan bir iş adamının verdiyi məlumata görə, özünün təbirilə desək, “sakit həyat tərzindən xoşlanmayan” səfirin bu sükutu gözləmə mövqeyinə keçməsi kimi qəbul oluna bilər.

Bildirilir ki, saytımızın bəzi yazılarından sonra səfir Ukraynadan geri çağrılacağını düşünür və qardaşı Anar Xudiyev vasitəsilə yeni iş yeri axtarır. Hətta onun Polad Bülbüloğlunun yerinə, yəni Azərbaycanın Moskvadakı səfiri postuna göz dikdiyi iddia olunur. İştahası mədəsindən xeyli böyük səfirə isə heç sahəsi cəmi 430 kvadrat km, əhalisi 285 min olan Barbadosda belə, diplomatik missiya tapşılacağı ehtimalı yoxdur. Çünki artıq Azərbaycan XİN-də bu adama etibar qalmayıb və onun diplomatik etiketlərə sığmayan əməllərini yenə davam etdirə biləcəyindən qorxulur.

İddialara görə, artıq Azər Xudiyevə bu barədə konkret mesajlar ünvanlanıb və o da öz taleyi ilə razılaşıb. Nəhayət, o, yeni iş yerini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində axtarmağa başlayıb. Belə ki, səfirin qardaşı Anar Xudiyev Bakı Regional Miqrasiya İdarəsinin rəisi kimi fəaliyyət göstərir.

Amma deyəsən, Azər Xudiyevin bu arzusu da reallaşmayacaq. Nədən ki, onun yol verdiyi diplomatik səhvlər ölkə rəhbərliyinin ciddi narazılığına səbəb olub, hətta onun Ukrayna Daxili İşlər naziri erməni əsilli Arsen Avakovla əməkdaşlıq etdiyindən şübhələnilir. Ukraynadakı iş adamının bildirdiyinə görə, həqiqətən də son zamanlar bu ölkədəki iş adamlarımızın başına gətirilən müsibətlərə heç bir reaksiya verməyən, əksinə özümüzküləri günahlandırmaq xətti tutan səfirin Bakı ermənisi Arsenlə münasibətlərinin olması barədə Ukraynadakı soydaşlarımız arasında şayiələr dolaşır. Bir çoxları hətta bu səbəbdən Azərbaycan səfirliyini nəinki sığınacaq yeri, əksinə düşmən tələsi kimi qəbul edirlər və Azər Xudiyevdən uzaq gəzməyə çalışırlar.

Azər Xudiyevə siyasi hakimiyyətin etibarının sarsılması qardaşı Anarın da öz postunda laxlamasına səbəb olub. İddialara görə, Xudiyev qardaşlarının arxasında prezidentin baş mühafizəçisi Bəylər Əyyubov dayanırmış. Fəqət Azərin yol verdiyi səhvlər ölkədə ciddi kadr islahatları getdiyi bir zamanda baş mühafizəçinin də başını ağrıda biləcəyi ehtimalı generalın Xudiyev qardaşlarının arxasından çəkilməsinə səbəb olub. Başqa sözlə desək, Azərin oduna Anar da yanıb. Bu alovun daha yuxarı sıçramaması üçün hamiləri də onlardan uzaq dayanmağa çalışırlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar