Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hamı zəhmət çəkmədən hazıra nazir olmaq istəyir” – Hüquqşünas

“Bəzən mənə elə gəlir ki, bu xalqa ziyalı yox, züyƏli lazımdır. Xalq öz mövqeyi olanı, heç kimin yanında olmayanı görmək istəmir. Gərək ya hakimiyyətin, ya da müxalifətin yanında olasan ki, kimsə səni müdafiə edə. Bundan başqa hamı reallığı, həqiqəti yox, arzuladığı pafoslu vədləri eşitmək, zəhmət çəkmədən hazıra nazir olmaq, nağıllarda olan "Ağ atlı oğlan"ı görmək istəyir. Elə deyilsə, hər iki tərəf səni təhqir edəcək”.

PİA.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, ən dəhşətlisi də odur ki, bu iki tərəf birlikdə heç əhalinin 10%-ni də əhatə etmir: “Əhalinin 90%-i sakitcə bu 10%-dən imdad diləyir. Bu 10%-in mütləq əksəriyyətinin əsas məqsədi isə necə hakimiyyətə sahiblənib var-dövlət toplamaqdır. 90%-i həqiqətən fikirləşənlər hər iki tərəfdən təhqir olunmamaq üçün sadəcə susmağa üstünlük verirlər. Ona görə də bu gün Sevinc Osmanqızının dili ilə Azərbaycan əleyhinə danışanlara heç kim cavab vermək istəmir. Hamı gözləyir ki, görsün kim hakimiyyətdə qalacaq, yaxud hakimiyyətə gələcək. Dövlət, Vətən, Xalq artıq ikinci dərəcəli məsələdir. Belə olmasa, bu gün baş verənlərə özlərinə ziyalı deyənlərin hər biri münasibət bildirərdi. Vəziyyət həm də ona görə pisdir ki, müxalifət sayılan çoxlu sayda partiya rəhbərləri (ən azından Müsavat, REAL) də bu gün Hakimiyyət - Milli Şura davasının nəticəsini gözləyirlər ki, lazım olan məqamda seçim etsinlər. Hamı fikirləşir ki, birdən elə olmaz, belə olar. Ona görə də bu gün Qarabağın taleyi, Azərbaycanın müstəqilliyi, vətəndaşların vəziyyəti də çoxlarını düşündürmür. İstisnalar olmaqla hamını düşündürən kimlərin hakimiyyətdə olacağını proqnozlaşdırmaq və ZüyƏli olmağa hazırlaşmaqdır”.

Hüquqşünas politoloq Zərdüşt Əlizadə ilə bağlı da fikirlərini bölüşüb: “Bu günlər ən çox yadıma saldığım Zərdüşt Əlizadədir. İndi başa düşürəm ki, nə üçün hər dəfə onu fikirli, başı aşağı, sanki hamıdan küsmüş kimi görürəm. Vaxtilə ona da qoşmadıqları böhtan qalmadı. O vaxtlar da onun dərc elədiyi, səhv etmirəmsə, “Müstəqil” qəzeti oxuyanda təəccüb edirdim ki, necə belə ağıllı fikirləri yazan insan kiminsə agenti olar, Vətəni sevməyə bilər. Bu gün isə əminəm ki, o dövrün qəhrəmanlarından bu gün ən səmimi olanı və vicdanı ilə rahat yola gedən də məhz Z.Əlizadədir. İndi onun nələr çəkdiyini başa düşürəm. Elə bu günlərdə onun “İkinci Respublikanın sonu” kitabını oxuduqca özümüzün özümüzə hansı faciələri yaratdığımızı, yaşatdığımızı və bu gün də baş verənlərdən dərs götürməyib eyni yolu getdiyimizi görürəm. Bir daha əmin oluram ki, problem hakimiyyətdə, yaxud müxalifətdə yox, özümüzdədir. Biz əziyyət çəkib heç nəyi araşdırmaq istəmirik, fərd olaraq özümüzə inanmırıq, dedi-qoduları, təhqir, böhtan tirajlamağı sevirik, tez bir zamanda əziyyət çəkmədən yaxşı yaşamaq arzulayırıq və bunun üçün sadəcə kimlərəsə züy tutmağı sevirik. Bizim üçün əsas "gözümlə gördüm", "qulağımla eşitdim" yox, "əşşiiii, hamı deyir də" prinsipidir. Bəzən düşünürəm ki, az-çox cəmiyyətdə nüfuz qazanmışam, indi nəyimə lazımdır ki, bu gün məni 3 dəfə cinayətkar elan edib, peşəmdən məhrum edən, uzun illər təhqir etdirib, böhtan atan hakimiyyəti faktiki olaraq müdafiə edirəm. Ən əsası da odur ki, elə əksəriyyətin maraqlarını müdafiə etməyimi əksəriyyət də hakimiyyətin müdafiəsi kimi qəbul edir. Bu gün qarşı tərəf də durmadan təhqir edir, böhtan atır, kiminsə adamı adlandırır və bunu da yalan olduğunu bilə-bilə edir, çünki onlara əksəriyyətin güzaranı yox, öz hakimiyyət hərisliyi maraqlıdır. Azərbaycana 1989-cu ildə artıq hər şeyim olanda, məhkəmə sədri vəzifəsini atıb Vətən deyib sıravi bir işə gəlmişəm. Həyatımın 31 ilini Vətənə həsr etmişəm, əvəzində isə ancaq ögeylik, paxıllıq, təqib, böhtan görmüşəm. Bəli, çox yaxşı bilirəm ki, bu gün məni kimilərə ən yaxşısı susmaq, çox sevdiyim ailəmlə, yaşıllıqla zaman keçirməkdir. Bu, ən asan yoldur. Ancaq, mənim həyatımda heç vaxt asan yol olmayıb, seçməmişəm də. Bu gün də, artıq 63 yaşımda seçməyəcəm. Demək, heç kimə, heç nəyə baxmadan düz bildiyimi davam etmək lazımdır. Çünki həyat çox ədalətlidir!”(Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar