Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar

UEFA İtaliyanın Macron şirkəti ilə 3 illik müqavilə imzalayıb

"Report" qurumun saytına istinadən xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Sözləşməyə əsasən, şirkət 2023-cü ilə qədər qitə turnirlərində hakimləri forma ilə təmin edəcək.

Yeni formalardan ilk dəfə Bakıda keçiriləcək Avropa Liqasının finalında istifadə olunacaq. Hakimlər İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionundakı Çempionlar Liqasının finalında da yeni formalar geyinəcəklər.

Macron UEFA hakimləri üçün formalar hazırlayan ilk İtaliya şirkəti olub.

Qeyd edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici oyunu idarə etmək italiyalı FIFA referisi Canluka Rokkinin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.

Çempionlar Liqasının Finalında isə İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları iyunun 1-də üz-üzə gələcəklər. Bu qarşılaşma sloveniyalı Damir Skominaya həvalə olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar