Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim olmaq istəyən 250 hüquqşünas sənədlərini təqdim edib

Bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib...

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, habelə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.

Hakimlərin Seçki Komitəsindən "Report"a verilən məlumata görə, bununla əlaqədar Komitə tərəfindən hakimliyə namizədlərin seçimi prosesinə başlanılıb, 200-dən çox namizədlə keçirilən müsabiqə, o cümlədən test üsulu və yazılı imtahanlar nəticəsində 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb.

Bununla yanaşı, hakimliyə namizədlərin sənəd qəbulu davamlı xarakter alıb və 250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib.

Həmin namizədlərlə test imtahanı noyabr ayının 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək, həmçinin sənəd qəbulu bundan sonra da davam edəcək.

Müasir texnologiyalar tətbiq edilməklə keçirilən və onlayn qaydada canlı yayımlanan imtahanda hər bir namizəd sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr ona dərhal elan olunacaq.

Eyni zamanda Komitə xatırladır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Ödənişin məbləği belə xidmətlərin tariflərinə əsasən müəyyən edilib (110 AZN, ƏDV-siz).

Namizədlərin rahatlığı üçün DİM noyabrın 14-dən etibarən dim.gov.az saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”nin elektron təqdim olunmasına və imtahana görə ödənişin elektron aparılmasına şərait yaradacaq.

Hakimliyə namizəd şəxsiyyət vəsiqəsini və "İmtahana buraxılış vərəqəsi"ni imtahana mütləq gətirməlidir. Əks təqdirdə, imtahana buraxılmayacaq. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Həmçinin bildirilir ki, əvvəlki müsabiqə zamanı uğur qazanmış 81 nəfər hakimliyə namizədlə noyabr ayının 15-dən şifahi imtahanlara başlanacaq.

pia.az


Etiket: hakim imtahan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar