Liviyada general Xəlifə Haftarın mətbuat katibi Əhməd əl-Mismari koronavirusa yoluxaraq karantinə yerləşdirilib...
Bu barədə Sondakika.com məlumat yayıb.
Bildirilir ki, Əl-Mismari Misirdən qayıdan zaman koronavirus şübhəsi ilə karantinə götürülüb.
O, “Facebook” hesabında etdiyi paylaşımda bu xəbəri təsdiqləyib.
Əl-Mismaridən başqa, onunla gələn heyət də iki həftəlik karantində olacaq.
pia.az