Şənbə, 16 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Hafiz Hacıyev: “Bu qədər bahalaşma ilə hara gedirik?”

“Benzinin qiymətinin artırılması yolverilməz idi. Çünki benzinin bahalaşdırılması digər məhsullar üzərində də qiymət artımına səbəb olur. Pensiyaların, əmək haqlarının aşağı olması - bu ərəfədə kimlərinsə cibini doldurmaqdan ötrü benzinin qiymətinin qaldırılması doğru qərar deyil”.

Bunu Reyting.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, benzinin qiymətinin qaldırılması xalqın böyük əksəriyyətinin maddi vəziyyətinin pisləşməsinə, bunun qarşılığında kimlərinsə daha yaxşı yaşamasına hesablanıb.

Hafiz Hacıyev əlavə edib ki, Azərbaycan neft ölkəsi olsa da, az qala, hər ay neftin qiymətini qaldırırlar: “Bu, dözülməzdir. Benzinin qiyməti qalxırsa, çörəyin, digər məhsulların da qiyməti artacaq. Qiymət artımı ilə xalqı niyə üsyana qaldırmaq istəyirlər? Onsuz da Azərbaycan hakimiyyətində olan bəzi məmurlar, xaricdən idarəolunan müxalifətlə birləşib inqilab komitəsi yaradır və xalqı inqilaba sürükləməyə çalışırlar. Bunları fikirləşən varmı? Bir ağıllı adam tapılsaydı, oturub fikirləşərdi ki, bu qədər bahalaşma ilə hara gedirik? Xalqa cavab verə biləcəyikmi?”.

H. Hacıyev qeyd edib ki, bəzi deputatlar məsələyə düzgün yanaşmır:

“Eldar Quliyev deyib ki, benzinin 15 qəpik bahalaşması ilə heç kim kasıblaşmaz. O, bunu deməklə səhvə yol verir. O, hamını özünü maddi vəziyyəti ilə müqayisə etməsin. Azərbaycan xalqının orta aylıq əməkhaqqı 300-500 manatdır. Hesablasın ki, özü 300-500 manatla dolana bilərmi”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu - 10 maraqlı fakt

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

Arvadından xəbərsiz evi satan polis polkovniki həbs edildi - Özünü subay göstərib

Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən əlamətlər

Gəlinindən Mətanətə: "Pulun var deyə, mənə zərbələr vurursan"

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu təsdiq edib

Ən çox oxunanalar