Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadrut fatehi şəhid Camal İsmayılov anılıb

Bu gün İkinci Qarabağ Savaşında “Hadrut Fatehi” kimi tanınan Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

Camal İsmayılov 7 iyul 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbində başa vurmuş, 2001-ci ildə hərbi xidmətə yollanmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edən zaman hərbi hissə rəhbərliyinin diqqətini cəlb elədiyinə görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam eləməsi barədə qərar verilmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuş və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin etmişdir.

Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olmuşdur.

Qəhrəman şəhidin anım günündə onun məzarı və doğulduğu qəsəbədə millət vəkili Sabir Rüstəmxanlının dəstəyi ilə yaradılmış Şəhidlər bağındakı büstü ziyarət edilib.

Tədbirdə çıxış edən VHP Neftçala rayon təşkilatının sədri, Milli Məclisin Deputatı Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynov şəhidin ömür yolundan danışmışdır. O bildirib ki, İkinci Qarabağ müharibəsi iştirakçısı Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Ərgünəş yüksəkliyinin, həmçinin Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyin alınmasında xüsusi fədakarlıq göstərir. O, Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşına kömək etmək istəyərkən yaralanır. Yaralandığını isə ailəsindən gizlədən Camal sağaldıqdan sonra yenidən döyüşə yollanır. Rabitə sahəsində mütəxəssis olan hərbçimiz ermənilərin rabitə sisteminə qoşulur. Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində əmr verir ki, geri çəkilin. Beləcə bir güllə belə atmadan 1500 nəfərlik ermənini zərərsizləşdirir. Digər çıxışçılar Azərbaycan Ordusunun torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılov kimi vətənpərvər hərbçilərimizin xüsusi rəşadətindən, döyüş yolundan danışıblar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar