Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadi Rəcəbli: “Kimin imkanı varsa, gəlib Lənkəranda villa tikdirsin”

“Əlbəttə, maaş və pensiyanı müqayisə etmək düz deyil. ABŞ-da əmək haqqı və pensiya yüksəkdir. Amma eyni zamanda Amerika vətəndaşının mənzil kirayəsi 2500 dollardır”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Yeni Müsavat”a müsahibə verib.

Sosial məsələləri də əhatə edən söhbətimizə komitə sədrinin ABŞ səfərindən başladıq. Parlamentin yaz sessiyasının son günlərində Hadı Rəcəblinin ABŞ-a səfər etdiyi barədə məlumat yayıldı. Nədənsə geri dönəndən sonra da səfərin məram-məqsədi barədə açıqlamalarına rast gəlmədik. Bu mənada səfərin məqsədi, həmçinin Amerika təəssüratlarını öyrənmək istədik.

- Hadi müəllim, ötən həftə səsiniz Amerikadan gəldi. Maraqlıdır, okeanın o tayına səfəriniz nə ilə əlaqədar idi?

- Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığı bizi və cəmiyyəti daim düşündürür. Həmişə narazılıq edirik ki, həqiqətlərimiz dünyaya yaxşı çatdırılmır, diaspordan bəhs edirik. Dünyanın da ən böyük dövləti ABŞ-dır. Amerika-Azərbaycan əməkdaşlığının, münasibətlərinin qorunub-saxlanması ən vacib məsələlərdəndir. Taleyimin qismətindən 2011-ci ilin iyun ayından ABŞ-ın Kaliforniya ştatının 30 min əhalisi olan Monterey şəhəri ilə Lənkəran qardaşlaşıb. Səfər təəssüratlarım zəngindir. Nə üçün məhz Kaliforniya ştatı? Kaliforniyada 1 milyon erməni yaşayır. Mən 2011-ci ildən oradakı yoldaşlarla əməkdaşlıq edirəm. Nensi xanım vaxtilə bələdiyyə üzvü olub. Çox gözəl, fədakar insandır. Azərbaycan-ABŞ dostluğuna varlığı ilə xidmət edən qadındır. O, dəfələrlə Bakıya səfər edib, nümayəndələri Lənkəranda olub. Nəhayət, onlar da bizi Monterey şəhərinə dəvət etdilər. Sağ olsun, spikerimiz bizi dəstəklədi. Parlamentdən mən getdim, Lənkəran Şəhər İcra Hakimiyyətindən birinci müavin və qəzet redaktoru getdi. Çox zəngin səfər oldu, xoş təəssüratlarla geri döndük.

- Lənkəranla Montereyi birləşdirən nələr var?

- Orada da subtropik bitkilər, limon, mandarin, feyxoa, çəltik bitir. Orada da Lənkərandakı kimi, tərəvəz əkirlər. Təsəvvür edin ki, ABŞ-ın Lənkəranına getmişdik. Şəhərin bütün görünüşü, mənzərəsi, evlər, təbiət Lənkərana o qədər oxşayır ki. Monterey okeanın kənarında, Lənkəran dənizin. Ən böyük təəssüratım bu oldu ki, mən Monterey də daxil olmaqla, böyük bir ərazini ABŞ Konqresində təmsil edən deputat Cimmi Panetta (Jimmy Panetta) ilə görüşdüm, geniş fikir mübadiləsi apardıq. Həqiqətlərimizi çatdırdıq, ərazilərimizin işğalından danışdıq.

- Ənənəvi sual: ABŞ-dan Azərbaycanı necə gördünüz?

- BakıLənkəranı bir az da çox sevdim. Azərbaycan xeyli inkişaf edib. Həm demokratik sahədə, həm də sosial yönümdə sürətli inkişaf var.

- ABŞAzərbaycan vətəndaşlarının maaş və pensiyaları barədə paralellik apardınızmı?

- Əlbəttə, maaş və pensiyanı müqayisə etmək düz deyil. ABŞ-da əmək haqqı və pensiya yüksəkdir. Amma eyni zamanda Amerika vətəndaşının mənzil kirayəsi 2500 dollardır.

- Bəs məvacibi nə qədərdir?

ABŞ-Azərbaycan əlaqələri bundan sonra da genişlənməli, inkişaf etməlidir”

- Orta əmək haqqı təxminən 3 min, 3 min 500. Pensiya da əmək haqqının 40-60 faizi. Onlarda ödənişin yığım forması var, vəsait qoyurlar, pensiyaya çıxanda onu da alırlar. Amerikada bir dənə karton stəkanda çay 4 dollardır. Özü də içərisinə yarpaq salıb içirsən. Limonun biri 2-3 dollardır. Üç yüz qramlıq qabda çiyələk 4 dollardır. Orada da kənd təsərrüfatı yarmarkası var idi. Küçəni bağlamışdılar, adamlar məhsullarını gətirib satırdı. Lənkəranda nə məhsullar varsa, orda da eyni mallar idi. (gülür)

- Lənkərandan ora sovqat nə aparmışdınız?

- Lənkəranın çayı, kiçik suvenir xalçalar. İyunun ikinci yarısında onlar da Lənkərana səfər edəcəklər, bələdiyyə sədri, şəhər meri və digərləri.

- Ürəyinizdən “Amerikanın Lənkəranı”nda yaşamaq keçmədi ki?

- Yox, qəti. Mən Azərbaycanı, Bakını, Lənkəranı San-Fransiskodan da, Montereydən də çox-çox sevirəm. Mühacirlərdən çox danışılır. Mən oradakı azərbaycanlılara görə qürur hissi keçirdim. Bir ailədə qonaq olduq. Qadın 3 oğlu, onların ailələri ilə bir evdə yaşayır, orta dolanışıqları var. Bu xanımda, oğlanlarında Azərbaycan sevgisi nə qədərdir... Montereydə keçirilən 28 May tədbirlərində iştirak etdilər. Fərhad dirijorluq edirdi, Eldar skripkada Azərbaycan mahnıları çalırdı. Vüsal adında gəncimiz isə San-Fransisko universitetində professordur, dərs deyir. İdris adlı cavan oğlan Montereydə Hərbi Akademiya tələbəsidir.

- “Amerikanın Lənkəranı”nda villa almaq keçmədi könlünüzdən?

- (Gülür). Lənkəran çox gözəl şəhərdir, kimin imkanı varsa, gəlib orada villa tikdirsin, Montereydə yox. Əlbəttə, orada mənzil baha deyil, 50 min dollara kiçik 1-2 mərtəbəli evlərdir. Mən bir daha torpağıma bağlandım, Bakının gözəlliyinə heyran oldum. Elə onlar bura gələndə də heyranlıqlarını gizlətməmişdilər. Bir məsələyə daha çox sevindim ki, 28 Mayda 4 şəhərdə “Azərbaycan günü” qeyd olunması ilə bağlı rəsmi sənəd imzalandı. Bu şəhərlərdə əhalinin orta hesabla sayı 250 mindir. Biz bütün görüşlərimizdə həqiqətlərimizi çatdırdıq, onlar da qəbul etdilər. Səfər müşahidələrim məndə bir qənaəti möhkəmləndirdi ki, Amerika-Azərbaycan əlaqələri bundan sonra da genişlənməli, inkişaf etməlidir. Qarşılanma yüksək səviyyədə oldu. Onlar çox sevindilər ki, qonaqların içərisində Azərbaycanın millət vəkili də var idi. Biləndə ki, mən 32 yaşımda Lənkəranın meri olmuşam, onlar bir az da qürurlandılar. Lənkəran-Monterey münasibətləri Azərbaycan-ABŞ münasibətlərinin elə bil ki, özəyi, ilkin rüşeymi kimi özünü göstərdi. İnanın, onların merləri, bələdiyyə sədrləri bizə necə vurulmuşdular.

- Orada iqtidar-müxalifət münasibətlərini müşahidə edə bildiniz?

- Bilirsiniz necədir? Müxalif fikirlər ümumi işə xeyir verməlidir, dağıdıcı olmamalıdır. Dünyada qəbul olunmuş sivil qayda var: iki qüvvə mübarizə aparır, biri hakimiyyətə gəlib hökuməti - Nazirlər Kabinetini formalaşdırır, ikincisi “kölgə kabineti”ni qurur, hökuməti nəzarətdə saxlayır, tənqid etməyə çalışır. Yəni bütün bu mübarizənin nəticəsi xalqa xidmətdir. Rəhmətlik Heydər Əliyevin vaxtında “Bakılı oğlanlar” hökuməti parodiya edirdilər, yaxud “Yeni Müsavat” onda da kəskin tənqid edirdi. Normal da qəbul olunurdu. Deməli, onda da cəmiyyət demokratik idi. Yoxsa “hər şey pisdir, gəl bunu dağıdaq” yanaşması doğru deyil axı. Təhqir, təhrif, yalan, iftira, anonimlik, söyüş..... Belə müxalifət, belə mübarizə olar? Mübahisənin, mübarizənin son məqsədi xalqın rifahının yaxşılaşmasıdır.

- Görüşdüyünüz adamlar içərisində də 30 ilin konqresmenləri var idi?

- 50 il deputat olanlar da var idi.

- 71 yaşında deputat olduğunuza görə sizi qınayan olmadı ki?

- Xeyr, orada 86 yaşında deputat var! Bütün dünyada qəbul olunmuş orta deputat yaşı haradasa 60-65-dir. Həyatı zaman-zaman yaşaya bilən, cəmiyyətdə tanınan adamlar seçilirlər. Mənim görüşdüyüm konqresmenin babası 1921-ci ildə İtaliyadan ora gəlib. Atası Montereydə yaşayıb və ABŞ-ın müdafiə naziri olub. İndi oğlu konqresmendir. Buyurun! ABŞ-da yaş limiti yoxdur. Əksinə, yaşlı adamlar idarəetmədə daha səmərəli iştirak edirlər.

- Hadı müəllim, yaz sessiyasının son iclasındakı çıxışınızda “Azərbaycanda iqtisadi inkişaf, maliyyə imkanlarının artması Azərbaycan vətəndaşının işlə təmin olunmasına, məşğulluğuna və əmək haqqının, pensiyaların artırılmasına yönəlməlidir” dediniz. Bu fikirləri növbəti addımların anonsu saymaq olarmı?

“3 yaşa qədər uşaqlarla bağlı da fikirlər demişik, bunlar hamısı gündəmdədir, araşdırmalar gedir, maliyyə tutumu öyrənilir”

 


- Yaz sessiyasının 13 iclasında 151 qanun və qərar qəbul olunub. Parlamentin bu dövrdəki fəaliyyətində bizim arzu-istəklərimizin böyük bir hissəsi öz əksini tapdı. Martdan başlayaraq cəmiyyətdə 25 adda qrup-stratlar faydalandılar. Minimum pensiyanın qaldırılması, minimum əmək haqqının yaşayış minimumuna çatdırılması, Qarabağ əlillərinin müavinətlərinin artması... Bu göstəricilər möhtərəm prezidentimizin parlamentə göndərdiyi sənədlərlə bağlı idi və Azərbaycanda bu proses indi də gedir. Dönə-dönə bildirmişik ki, möhtərəm prezident deyir artımlarla bağlı bu proseslər davamlı olacaq. Son olaraq əlillərə qayğı qurumla iki dəfədən çox artaraq 200-ə çatdı və bu sosial müdafiə mərkəzlərinə iyunun 1-dən 5 milyon manat vəsait ayrıldı. Bu qərar təqribən 20 min adamı əhatə edəcək.

- Uşaqpulu ilə bağlı əhalinin gözləntisi qalır. Bu haqda nə demək olar? Amerikada uşaqpulu anlayışı varmı?

- ABŞ-da bu məsələlər fərqlidir. Uşaq problemləri orda daim gündəmdə olan məsələdir. ABŞ-da əhalinin artımı aşağı düşür, əhalini maraqlandırırlar ki, daha çox uşaq dünyaya gəlsin və onlar ağıllı və zəhmətkeş böyüsünlər.

- Amma siz də doğum faizinin aşağı düşməsindən narahat olduğunuzu demişdiniz...

- Bəli, bunu həmişə deyirik. Amma son illər doğuş azalsa da, bizdə ildə 100 min təbii artım var. Əlbəttə, biz uşaqlara qayğını artırmalıyıq. Prezidentimizin son sərəncamı da məhz bunu nəzərdə tutur. Amma sosial müdafiə sistemində üç vacib şərt var: əlçatanlıq, ünvanlılıq və şəffaflıq. Biz 2002-ci ildə uşaqpulu institutundan ünvanlı yardım institutuna keçdik. Bunun kökündə ailəyə qayğı, dəstək durur. Əlbəttə, ailədə uşaq çox olanda ona ünvanlı yardım da düşürdü. Çünki gəlir bölünəndə adambaşına az vəsait düşürdü. Bu gün uşaqpulu mövzusu gündəmdədir. Lakin populizm lazım deyil. Biz də dəfələrlə bunu demişik. Təəssüf edirəm ki, mənim parlamentdə uşaqpulunun verilməsi ilə bağlı olan çıxışımı tərsinə yayırlar. Mən bunun formasını yazılan kimi deməmişəm. Demişdik ki, analığa görə müavinət artsın, möhtərəm prezidentimiz sərəncam verdi, iki dəfə artdı. 3 yaşa qədər uşaqlarla bağlı da fikirlər demişik, bunlar hamısı gündəmdədir, araşdırmalar gedir, maliyyə tutumu öyrənilir. Xoşa gəlmək üçün nəsə deyib adamları qıcıqlandırmaq düzgün deyil. Mənim səsləndirdiyim fikirlər qüvvədə qalır, uşaqlara görə müavinətlərin bu və ya digər formada verilməsinin tərəfdarıyam, bunu dönə-dönə demişəm və bu gün də deyirəm. Fikrimiz budur ki, uşaqlara qayğı daim ön plana çəkilməlidir.

- Sizcə, uşaqpulunun miqdarı nə qədər olmalıdır?

(Davamı növbəti sayımızda - “Yeni Müsavat”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar