Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadi Rəcəbli: “Bu sərəncam hər ailənin büdcəsinin 40-50 faiz artmasına səbəb olacaq”

“Prezident İlham Əliyev bu gün keçirdiyi müşavirədə 2019-cu ildə sosial müdafiə məsələlərində çox fərqlənən bir il olacağını dedi. Bildirdi ki, bunun üçün bizim iradəmiz də var, sosial siyasətimiz də var”

Bunu ONA-ya açıqlamasında Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Müşavirədən sonra müvafiq sərəncamın imzalandığını qeyd edən H. Rəcəbli sərəncamın demək olar ki, bütün sosial qrupa aid insanları əhatə etdiyini deyib: "Bu günlərdə problemli kreditlərlə bağlı da müvafiq addım atılacaq”.

Komitə sədri nəzərə çatdırıb ki, 2 milyon 200 min insan həmin sosial müdafiə qruplarında əhatə olunacaq: “Bu insanların sosial müdafiəsi hiss olunan dərəcədə yaxşılaşacaq. Görürsən ki, ailələrdə bir işləyən, bir əlil, bir işləyən, bir ahıl var, uşaq, ana var. Bu, bütövlükdə ailə büdcəsinə böyük miqdarda vəsaitin gəlməsinə səbəb olacaq. Bu addımın müsbət təsiri bütün ailələrdə hiss olunacaq. Ailə büdcəsi 40-50 faiz civarında artır. Bu isə insanların sosial güzəranının artmasına xidmət edəcək”.

H. Rəcəbli qeyd edib ki, Prezident İlham Əliyev bu gün keçirilən müşavirədə müxtəlif mənbələrdən əlavə 105 milyon, 80 milyon və 20 milyon manat gəlirin daxil olduğunu açıqlayıb: “Yəni iqtisadiyyat inkişaf edə-edə bu vəsaitlər büdcəyə daxil olur. Bütün bunlar prezidentin apardığı iqtisadi və sosial siyasətdə olan ardıcıl, sistemli işin nəticəsidir. Bu gəlirlər olmasaydı, bu sosial addımı da atmaq mümkün olmazdı. Beləliklə, bütün bu qruplarda artım ailə büdcəsində artıma gətirib çıxaracaq”.

“Problemli kreditlər 2015-ci ildə devalvasiya baş verəndən sonra yaranıb. Əhalinin banklardan dollarla götürdüyü kreditlər, sonra bu krediti qaytarmaqda yaranan çətinliklər sonda belə bir problemin əmələ gəlməsinə səbəb olmuşdu. Bu isə kifayət qədər mürəkkəb, kifayət qədər ciddi analiz, təhlil tələb edən bir problemdir”.

Bunu isə ONA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

O bildirib ki, burada məsələnin iki tərəfi var: “Birinci sosial tərəfidir ki, insanların sosial cəhətdən təminatın daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər tələb olunur. Məsələnin digər tərəfi - sahibkarlıq tərəfi isə odur ki, banklar özəl sektordur, istənilən halda verdikləri kreditləri almaq və bu kreditləri daha çox başqa istiqamətdə sərf etmək kimi iqtisadi nüanslar var. Uzun müddət bu haqda Milli Məclisdə, cəmiyyətdə də müzakirələr gedib. Bir çox halda özəl sektorun özündən banklara da müraciət olub ki, vətəndaşlara kredit şərtlərini yumşaltsınlar və ya müddəti uzatsınlar. Amma ötən müddət göstərdi ki, vətəndaşlar və banklar özləri öz aralarında problemləri həll etmək iqtidarında deyillər. Ona görə də cənab Prezidentin çıxışında dövlətin bu məsələyə qarışacağı və vətəndaşın öhdəliyinin özəl sektor, bank qarşısında öz üzərinə götürəcəyi ilə bağlı verdiyi vəd çox böyük jestdir, mən düşünürəm ki, son dərəcə siyasi və iqtisadi bir qərardır. Burada hansı məbləğin, hansı müddətə götürülmüş kreditlərin qaytarılması ilə bağlı bir təhlil gedir. Cənab Prezident də qeyd elədi ki, yaxın zamanlarda bu proses yekunlaşdırılacaq və Azərbaycanın verəcəyi qərar unikal bir qərar olacaq, başqa dövlətlərdən fərqlənəcək. Çünki bu problemin həlli ilə bağlı bəzi ölkələrdə də müəyyən çağırışlar olmuşdu. Gürcüstanda prezident seçkiləri ərəfəsində kiçik məbləğdə kreditlərin silinməsi, Qazaxıstanda isə problemin həlli üçün fond yaradılmışdı, amma heç bir irəliləyişə nail olunmadı.

Cənab Prezidentin hər zaman xalqın yanında olması, vətəndaşların problemlərinin həlli üçün çalışması isə deməyə əsas verir ki, hökumətin verəcəyi qərar vətəndaşların sosial rifahının yaxşılaşdırılması, eyni zamanda sahibkarlıq mühitinin daha yüksək səviyyəyə qaldırılması və sahibkarlara dəstək istiqamətində çox böyük jest olacaq”.

T. Mirkişili sosial müavinətlərin artırılması məsələsinə də toxunub. O bildirib ki, çox böyük sayda və çeşiddə müavinətlər artırılıb və bu, artıq davamlı gedən prosesin növbəti mərhələsidir: "Sosial paketin ayrı-ayrı hissələri ilə bağlı artıq qərarlar qəbul olunur. Minimum əmək haqları artırıldı, pensiyalar, təqaüdlər artırıldı, şəhid ailələri üçün sosial təminatın yaxşılaşdırılması istiqamətində müxtəlif qərarlar verildi. Eyni zamanda müxtəlif mərhələdə sosial müavinətlərin artırılması üçün qərar verildi. Bütövlükdə bu qərar kifayət qədər insanı əhatə edir. 2 milyondan çox Azərbaycan vətəndaşını əhatə edən belə sosial qərarlar bir tərəfdən əhalinin sosial həyat tərzinin yaxşılaşmasına, digər tərəfdən isə iqtisadi aktivliyə səbəb olacaq. Verilən bu qərarlar 1 milyard manatdan əlavə vəsaitin dövlət büdcəsindən ödənməsinə gətirib çıxaracaq, son nəticədə isə yeni iş yerlərinin açılması, əhalinin həyat tərzinin yaxşılaşdırılmasına səbəb olacaq. Bu mənada son addımlar bütövlükdə ölkənin rifahı baxımından yüksək qiymətləndirilməlidir”.

pia.az


Etiket: Hadi Rəcəbli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar