Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıyev 1/8, Məhəmmədov 1/16 finalda...

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir

Yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə sart verilib.

Ağahüseyn Mustafayev təsnifat mərhələsində Türkiyə güləşçisiylə ağır görüş keçirib. Hesabda 0:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək qələbə qazanıb. Ancaq dünya çempionatının gümüş medalçısına məğlub olub.

Hacımurad Hacıyev ilk görüşdə sabiq dünya çempionu, Olimpiadanın ikiqat medalçısıyla qarşılaşıb. Hindistanlı güləşçi 9:4 hesabıyla önə çıxsa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən yığmamızın üzvü qələbə qazanıb. Hacımurad növbəti mərhələdə 3 qat Avropa çempionu, Olimpiadanın və dünya çempionatının bürünc medalçısı Soner Demirtaşla üz-üzə gəlib. Növbəti dəfə əzmkar çıxışla diqqət çəkən Hacıyev II Avropa Oyunlarındakı məğlubiyyətin revanşını alıb.

Cəmaləddin Məhəmmədov startda Belarus idmançısından güclü olub.

70 kq
Təsnifat - Ağahüseyn Musafayev - Heydər Yavuz (TUR) 10:6
1/8 final - Ağahüseyn Mustafayev - Adam Batırov (BRN) 2:5

74 kq
Təsnifat - Hacımurad Hacıyev - Kumar Suşil (İND) 11:9
1/16 final - Hacımurad Hacıyev - Soner Demirtaş (TUR) 5:2
1/8 final - Hacımurad Hacıyev - Bekzod Abdurrəhmanov (UZB)

92 kq
1/8 final - Şamil Zubairov - Süleyman Qaradəniz (TUR)

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Vitali Piaşniak (BLR) 9:1
1/16 final - Cəmaləddin Məhəmmədov - Nik Matuxin (GER).(Qafqazinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar