Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıbala Abutalıbovun 31 illik gizli vəzifəsi - laboratoriya müdiri

Baş nazirin müavini Hacıbala Abutalıbovun gizli vəzifəsi üzə çıxdı 

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vəzifəli qocaları ilə bağlı yazı dərc etmişdik. Həmin yazını çapa hazırlayarkən apardığımız araşdırma zamanı məlum olmuşdu ki, baş nazirin müavini, 75 yaşlı Hacıbala Abutalıbov da vəzifə sahiblərindən biridir. Özü də nə az, nə çox, düz 31 ildir!

Qeyd edək ki, o, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.

SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

Haqqındakı məlumatlardan o da bəlli olur ki, Hacıbala müəllim 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Abutalıbovun barəsində bəhs etdiyimiz 31 illik vəzifəsi isə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postudur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.

Hacıbala müəllimin karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu postu 2000-ci ilədək icra edib.

2000-ci ilin yanvarından 2001-ci ilin yanvarınadək Baş nazirin müavini vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyinat alıb.

Ötən ildən isə baş nazirin müavinidir.

Bir sözlə, son 20 ildə Abutalıbov çox yüksək vəzifələr tutub, ancaq digər vəzifəsi bütün bu müddət ərzində də dəyişməz qalıb: o, Fizika İnstitutunun "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri vəzifəsini tutmağa davam edib.

Bəs Hacıbala müəllim həmin vəzifəsinin icrasına nə qədər vaxt ayırır? AMEA-dakı mənbələrimizdən bildirildiyinə görə, o, ikinci iş yerinə demək olar gəlmir, hər halda uzun müddətdir baş nazir müavinini burada görən olmayıb. Lakin mümkündür ki, o, laboratoriyanın faəliyyətini əvvəllər mer, indi isə vitse-premyer kabinetindən icra etsin.

Onu da deyək ki, Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş akademik Nizami Süleymanov mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi:

"Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi ki, bu hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub..." (Qaynarinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar