Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hacı Mazan”ı 5 ilədək həbs gözləyir

Binəqədi Rayon Polis İdarəsində "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov və adamlarının hərəkətləri ilə bağlı araşdırma başa çatıb

İdarənin müstəntiqi Samid Şabanov son qərarını verib və işi Binəqədi Rayon Prokurorluğuna göndərib.

Qərara görə, Ramazan Zeynalov, onun sürücüsü Rəşad Kərimov və iş adamına məxsus "İnam Bayram” MTK-nın əməkdaşı Yunis Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq) cinayət işi başlanıb. Bu əmələ görə təqsirli bilinən şəxsi iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Xatırladaq ki, "Hacı Mazan" və adamları Binəqədi rayonunda "İnam Bayram" MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.

Qeyd edək ki, indiyədək "Hacı Mazan”ın adı müxtəlif cinayət hadisələrində hallansa da, tanınmış iş adamı həmişə bu işlərdən zərərsiz xilas ola bilib. İlk dəfədir ki, Ramazan Zeynalovla bağlı cinayət araşdırması bu mərhələyə qədər gəlir.(BakuPost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar