Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Əliyev dünənki davanın heyfini misirli rəqibdən çıxdı

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb...

İdmançımızın rəqibi misirli Amr Reda Ramadan Husseni olub. H.Əliyev 10:1 hesabı ilə qalib gəlib. Lakin görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin aldığı zədədəyə görə yarışı dayandırması olub.

H. Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha iki təsəlliverici görüşdə qalib gəlməlidir. Pəhləvanımız bürünc medal qazanmaq üçün isə 3 rəqibi mübarizədən kənarlaşdırmalıdır. Təsəlliverici görüşdə Hacının rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Digər güləşçimiz Mahir Əmiraslanova isə (57 kq) Monqolustan güləşçisi ilə qarşılaşmada qalib gəlmək üçün 1 xal çatmayıb.

Xatırladaq ki, Hacı Əliyev dünən rəqibi rusiyalı Hacımurad Rəşidovdan xal fərqi ilə irəlidə olduğu halda rəqibin etirazı ilə onun aktivindəki son iki xal hakim tərəfindən silinib. Bu qərar isə güləşçimiz tərəfindən etirazla qarşılanıb. O, hakimin verdiyi qərarı haqsız hesab edib və görüşdə gərginlik yaşanıb.

pia.az


Etiket: Hacı Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar