Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hacı adamam, deyirdim, Rafael, faizə pul alma, haramdı...”

Külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilən, həbsdə olarkən koronavirusa yoluxub vəfat edən keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə "Dərhal" MMC şirkətinin təsisçilərindən biri, mərhum deputatın qardaşı Rauf Cəbrayılov dindirilib. O, ifadəsində bütün məsuliyyəti mərhum qardaşının üstünə atıb, şirkətə faktiki rəhbərliyi qardaşının etdiyini, özünün bu işlərdə rolunun olmadığını deyib. Hansı ki, bundan əvvəl mərhum deputatın dul arvadı Aida Cəbrayılova onun hüquqi varisi qismində məhkəmədə ifadə verərkən zərərçəkənlərdən pulları əslində R.Cəbrayılovun qardaşının aldığını və mənimsədiyini göstərmişdi. Eləcə də keçmiş deputat özü həbs edilərkən pulları qardaşının mənimsədiyini deyib, onu "şərəfsiz" adlandırıb.

"Rafael deputat idi deyə, şirkətə faktiki rəhbərlik edirdi. Şirkətin hüquqi təsisçisi isə digər qardaşım Elşən və mən idim. Pul üstündə mübahisəmiz düşürdü. Mən hacı adamam, dəfələrlə deyirdim ki, faizə pul almayın, haramçılıqdı. Deyirdik ki, "Rafael, bu pulları neynirsən, kimə verirsən?" Bizim davamız daha çox onun faizə pul alması üstündə düşürdü. Dörd il idi bir-birimizi danışdırmırdıq. Satılan evlərdən mənə faiz düşmürdü. Təsis payı məndə 20 faiz, Elşəndə isə 70 faiz göstərilirdi. Şirkətin fəaliyyəti ilə Elşən məşğul olurdu. Ancaq digər məsələlərlə Rafael şəxsən özü məşğul olurdu. Açığı desəm, Rafael Milli Məclisdə olmurdu, çox vaxt şirkətdə olurdu", - Rauf Cəbrayılov deyib.

O bildirib ki, Binəqədi rayonu ərazisində 2 hektar torpağını mərhum qardaşının tanışı Fikrət vasitəsilə satıb. Və satdığı torpağa görə Fikrətin ona 50 min manat borcu qalıb.

Qeyd: ittihama əsasən R.Cəbrayılov qardaşı Rauf tərəfindən Bakı şəhər sakininə satılan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə dair mülkiyyət sənədinin (“çıxarış”) əldə edilməsinə kömək edəcəyi barədə torpağı alan həmin şəxsə yalandan vəd verib. Ondan 240 min manat alaraq mənimsəyib, yaxud “şəxsi ehtiyaclarına sərf edib”. Ümumən mərhum keçmiş deputat müxtəlif adamlardan milyonlarla manat pul alaraq geri qaytarmayıb. Onun pul alıb qaytarmadıqları arasında tikinti maqnatı “Şərurlu İsfəndiyar” da var. R.Cəbrayılov həm də deputat mandatını sələmçiyə girov qoyaraq pul götürməsi qalmaqalı ilə tanınmışdı.

Zərərçəkmiş Sülhiyyə Məmmədovanın vəkili Kamandar Nəsibov şahiddən tikinti işlərində rolunun nədən ibarət olduğunu soruşub. Şahid işlərin hamısını R. Cəbrayılovun apardığını, gəlirin 70 faizinin mərhum qardaşına, 30 faizinin isə digər qardaşı Elşənlə ona çatdığını deyib. Vəkil K.Nəsibov şahidin “yalan danışdığını” deyib: "Siz deyirsiz ki, şirkətin təsisçisi olmusunuz, amma aparılan işlərə qarışmamısınız. Bu necə ola bilər? Özünüzə hacı deyirsiz, amma yalan danışırsız".

Hakim Əhməd Quliyev isə mərhum deputatın məhkəmədə dediklərini yaxşı xatırladığını şahidin diqqətinə çatdırıb: "Rəfael Cəbrayılov vəfat etdiyinə görə bütün işləri onun üstünə atırsız. Onun məhkəmədə dedikləri mənim yaxşı yadımdadır. Ortada dəymiş ziyan var. Dəymiş ziyanı kim ödəməlidir? Allahı tanıyın".

Daha sonra zərərçəkmiş Bəşir Məmmədovun məhkəməyə göndərdiyi vəsatəti elan olunub. Zərərçəkmiş vəsatətində pulu Elşən Cəbrayılova ödədiyini, lakin onun cinayət məcəlləsinə cəlb olunmadığını bildirib. Bu səbəbdən zərərçəkən cinayət işinin istintaqa qaytarılmasını xahiş edir.

Məhkəmə prosesi fevralın 10-da davam edəcək. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar