Çərşənbə, 13 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Guya mən Hacı Tahiri zorlamışam...” – Partiya sədrləri arasında sensasiya

Hacı Tahir Abbaslı sensasion açıqlama yayıb...

AXH İH-nın üzvü, İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı Azadlıq Partiyasının sədri Əhməd Orucun guya ona qadın təşkil etmək istədiyi və razı olmadıqda onu sıxışdırdığı barədə açıqlama yayıb.

PİA.az xəbər verir ki, o, özünün Facebookdakı hesabında Əhməd Oruc onu bir qadınla zorla cinsi əlaqəyə təhrik edib:

“Təxminən 2-3 aya yaxın olar ki, məni Qusarda yerləşən şəxsi mini otelinə dəvət etdi. Mənim heç bir istəyim olmadan bir qadınla intim münasibətdə olmağımı istədi. Ciddi etirazımı görüb, fikirimi yayındırmaq üçün başqa söhbətlər etdi.

Söhbət əsasında Rəhim Qazıyevin ailəsinin olmamasına görə onun halına yanıb, bura gətirəcəyini bildirdi. Və elə mənim yanımdaca Rəhim Qazıyevə zəng edib, dəvətini bildirdi. Bundan sonra qadını yanımıza gətirən şəxsə zəng açdı. Ona dedi ki, yaxın günlərdə Rəhim Qazıyev gələcək, ona seksual xidmət göstərmək lazım gələcək.

Qeyd edirəm ki, mənim etirazıma baxmayaraq Əhməd Oruc öz inadından qalmadı. Mənim bir gün də qalmağımı təkid edərək və qadınla görüşməyə məcbur edirdi. Mənim istəyim olmadan bir neçə dəfə qadına zəng vurub, telefonu məcburən mənə verirdi. Əhməd Orucun bu davranışların gördükdən sonra onun hakimiyyət tərəfindən hansı misyasını çiyninə götürdüyünü müəyyən etdim. Məsələləri belə görüb, Bakıya döndüm. Gördüklərimi lazimi ünvana bildirdim. Məsləhət oldu ki, bu adamı kontrola götürüb əməllərinə diqqət edək”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc musavat.com-a açıqlamasında Hacı Tahirin dediklərinin yalan olduğunu bildirib: “Bu adam həm danışdığını bilmir, həm də ümumiyyətlə danışıq qabiliyyəti yoxdur. Təsəvvür edin ki, AXH-nin toplantılarında ağzına gələni danışırdı. Hamının gülməyi gəlirdi. Mənim də ona yazığım gəlirdi və danışacağı mövzu ilə bağlı ona uşağı öyrədən kimi necə danışmağı öyrədirdim. AXH-də dönəm sədrliyi ona çatanda iclaslarda özünü biabır edirdi. İclas apara bilmirdi.

Ona görə də Mətləb Mütəllimli və bir neçə şəxs dirəşdilər ki, Hacı Tahiri buradan rədd eləmək lazımdır. Hətta bir dəfə Elşad Musayev dedi ki, bu saat bunun ayağından tutub pəncərədən çölə tullayacağam. Dostlara dedim ki, səbr edin, dönəm sədri müddəti kesçin, birtəhər bunu yola verək. İclaslarda gündəliyi qabağına yazıb qoyurduq, üzündən höccələyə-höccələyə bir təhər yola verirdi. Bu adamın inanın ki, heç normal cümlə qurmaq qabiliyyəti yoxdur. Onun dönəm sədrliyini bir təhər yola verdik.

Sonra AXH ilə bağlı məlum hadisələr oldu. Onu oradan uzaqlaşdırdıq. Tural Abbaslı və başqaları AXH-dən gedəndən sonra Hacı Tahiri mənim xahişimlə geri qaytardıq. İclaslarda deyirdi ki, Allahı tanımırsınız, başımıza gələn müsibətlər ona görədir. Bir dəfə dedim ki, ağzına gələni danışma. Hər dəfə bizi Allahsızlıqda suçlayırsan, olmaz belə. Deyirdim, sən piyaniskalıq edib küçələrdə yatanda, mağazalardan pul oğurlayıb türməyə düşəndə biz Allahımızı tanıyırdıq, indi də tanıyırıq. Dedim ki, başından yekə danışma”.

Ə.Orucun dediyinə görə, bundan sonra Hacı Tahir hər gün ona zəng edirmiş, onu müxalifətin, özünün lideri adlandırırmış: “Bir gün Qusarda kənddəydim. Gördüm ki, Hacı Tahirdən zəng gəldi. Soruşdu, hardasan, dedim ki, Qusardayam. Dedi ki, mən də gəlmək istəyirəm. Mən də qonaqpərvərlik göstərib dedim ki, gəl. Səhəri gəldi kəndə. Mənim orada bir kiçik evim var. Orada iki gün qaldı.

İndi bu nadürüsüt mənim o evimi otel kimi qələmə verir. Kənddə qonağım olanda dedi ki, məni buraya Allah göndərib, sən namaza oturmalısan, milləti xilas etməlisən. Mən də gördüm ki, bunun başı qaçıb, başladım bununla məzələnməyə. Dedim ki, mənim Allahın yanında hörmətim var, yanıma göndərməyə adam tapmırdı ki, səni göndərib? Sonra mənim ailəli və ailəsiz çoxlu qonaqlarım gəldi. Həmin qonaqların yeyib-içmək məclisində bu Tahir gəlib həmin adamlara niyə içdiklərini irad tuturdu, "namaz qılın" deyirdi. Bir dəfə də həmin köhnə dostlarım olan qonaqlar yeyib-içən vaxta Tahir birdən uca sələ azan verməyə başladı. Hamı səksəndi bir anlığa. Dedim ə, azan vaxtı deyil, ikincisi get evdə azan ver.

Orada məni faktiki olaraq bezdirdi, ona dedim ki, sən nəcis daşıyan makinasan, əl çək məndən. Dedim ki, səni Allah necə göndərib bura? Özünü gic yerinə qoymusan, yoxsa məni?! Məndən küsdü, adamların yanında dedi, gedirəm. Dedim cəhənnəmə get. Yəni bu adamın mənim evimdə necə olması bundan ibarətdir.

İndi gəlib ağzına gələn şər-böhtanı yağdırır. Mənə bir neçə gün öncə partiya sədrlərindən biri demişdi ki, Hacı Tahir sənə qarşı guya sənin onu zorlamaq istədiyi böhtanını atacaq. İndi Tahir ortaya çıxıb, guya mənim ona bir qadınla münasibətdə olması üçün təzyiq göstərmişəm, zor göstərmişəm. Tamamilə cəfəng, uydurma, xəstə adamın sərsəmləməsidir. Allah vurub onu.

Bir dəfə mən onunla yol gedəndə məzələnmək üçün dedim “qadınlara yaman göz qoyursan, Hacı”. Cavab verdi ki, məndə hazır siğələr olur. Hansı qadınla görüşürəm, həmin siğədən istifadə edirəm ki, günah olmasın. Yəni bu adam bir az ağıldan o məsələdir”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar