Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Guya “klanlararası mübarizə”nin olduğunu söyləyirlər” – Siyavuş Novruzov danışdı

Bir müddət əvvəl YAP rəhbərliyindən istefa verən deputat Siyavuş NovruzovPrezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti təkcə Azərbaycanın deyil, həm də bəşəriyyətin tərəqqisinə xidmət edir” adlı məqalə ilə çıxış edib.

PİA.az xəbər verir ki, deputat öz məqaləsində prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi sosial, siyasi və humanitar islahatlardan bəhs edib.

Daha sonra müxalifəti sərt tənqid edərək onların antimilli kampaniya apardıqlarını qeyd edib.

“Vaxtilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Valday, Aşqabad və Münxendə erməni yalanlarını ifşa etməsindən, Paşinyana tarix, siyasət, diplomatiya dərsi keçməsindən narahat olaraq ermənilərin maraqlarının müdafiəsinə çalışan bu antimilli ünsürlər bu gün də eyni vəzifəni yerinə yetirirlər. Onlar Ermənistanı sivil, Azərbaycanı isə guya “barbar ölkə” kimi dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Belə olmasaydı, ən azından, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma “seçkilər”in keçirilməsinə münasibət bildirər, işğalçı siyasəti pisləyər, Azərbaycanın haqlı mövqeyini müdafiə edərdilər.

Həmin qondarma “seçkilər”i qınayan və rədd edən bir çox ölkələrin, təşkilatların bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olundu, amma sözügedən antimilli ünsürlər susqunluq nümayiş etdirdilər. Və yaxud işğalçı Ermənistan tərəfindən Azərbaycanın əzəli torpaqlarında qeyri-qanuni məskunlaşdırma aparılması, mülki əhalimizə qarşı hücumların edilməsi, təcavüzkar Ermənistanın silahlandırılması barədə bir kəlimə də danışmadılar.

Hələ bunlar azmış kimi, ölkədə həyata keçirilən uğurlu siyasətin, qazanılan nailiyyətlərin üzərinə kölgə salmaq məqsədilə müxtəlif uydurma məlumatlar yayır, vətəndaşla dövlət arasındakı birliyə xələl gətirməyə çalışırlar. Hətta daha da irəli gedərək ölkədə guya “klanlararası mübarizə”nin olduğunu söyləyirlər. Təbii ki, bütün bunlar sadəcə olaraq onların arzuları və məkrli niyyətləridir. Bu antimilli ünsürlər də, xidmət etdikləri dairələr də yaxşı bilirlər ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam etdirilir, Prezident İlham Əliyevin rəhbərlik etdiyi vahid komandanın uğurlu fəaliyyəti ölkəmizin sürətli inkişafını təmin edir. Həmçinin Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqına və dövlətinə qarşı istənilən qarayaxma kampaniyası, təxribat cəhdi isə hər zaman iflasa məhkumdur!”.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar