Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək

“Erməni həmkarımın Gürcüstanda koronavirusla bağlı vəziyyətə dair verdiyi açıqlamalar heç bir arqumentə əsaslanmır”...

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze “Rustavi 2” telekanalının efirində deyib.

O bildirib ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyanla əlaqə saxlamağı planlaşdırır:

“Həmkarımın açıqlamalarının səbəblərini ətraflı aydınlaşdırmaq üçün onunla əlaqə saxlanılacaq. Əgər onun hər hansı sualları var idisə, bizimlə əlaqə saxlaya bilərdi və biz onun bütün suallarına cavab verərdik. Erməni həmkarımın bəyanatları üçün nəyin əsas olması barədə bəzi sual və şübhələr yaranır”.

Nazir qeyd edib ki, Gürcüstandakı koronavirusla bağlı vəziyyət şübhə doğurmur:

“Bunu yalnız göstəricilər deyil, ictimaiyyətin qiymətləndirmələri də təsdiqləyir”.

Qeyd edək ki, A.Torosyan bu yaxınlarda Gürcüstanda koronavirusla bağlı statistik göstəricilər və ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə ilə yanaşdığını bildirib.

pia.az


Etiket: Gürcüstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar