Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın erməni deputatı cinsi təcavüzdə ittiham olunur

Gürcüstanda ermənilərin yığcam yaşadığı Samtsxe Cavaxeti bölgəsinin Ninotsminda rayonunun Birləşmiş Uşaq Bağçaları Birliyində büdcə vəsaitlərinin mənimsənilməsi faktları aşkar olunub

PİA.az "Report"a istinadla xəbər verir ki, 9 min lari məbləğində büdcə vəsaitlərinin 2017-2019-cu illərdə mənimsənildiyi müəyyən edilib.

Faktla bağlı birliyin direktoru Narine Ginosyan və onun mühasibi Anjelika Putulyana qarşı cinayət işi açılıb.

N.Ginosyanın vəkili Mirian Nikoladze müdafiə etdiyi şəxsə qarşı ittihamları gülünc adlandırıb. O, bu işdə Gürcüstan parlamentinin erməni əsilli deputatı Enzel Mkoyanı ittiham edib.

Onun sözlərinə görə, parlament üzvü N.Ginosyana dəfələrlə intim münasibətlər təklif edib. E.Mkoyan rədd cavabı alıb və o, N.Ginosyan üçün problemlərin olacağını bildirib.

Vəkil deputatın qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurorluq və rayon prokurorluğuna dəfələrlə müraciət edildiyini deyib.

E.Mkoyan ünvanına səsləndirilən ittihamlarla bağlı xüsusi bəyanat yayıb.

O, ittihamların ona qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi olduğunu bildirib. Deputat bu kampaniyada müxalifət Vahid Milli Hərəkat Partiyasının üzvlərini günahlandırıb.

E.Mkoyan ona qarşı qarayaxma kampaniyasının dayandırılmasını tələb edib. Əks halda o, şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar