Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın azərbaycanlı icması növbəti erməni təxribatını qınayıb

Gürcüstanın azərbaycanlı icması Çoxşaxəli Diplomatiya İnstitutu adlı qeyri-hökumət təşkilatının “Artsax Beynəlxalq Həmrəylik” adlı təxribat xarakterli xeyriyyə tədbiri keçirməsi cəhdini qətiyyətlə qınayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə azərbaycanlıların təmsil olunduqları 70-ə yaxın təşkilatın birgə bəyanatında bildirilib.

Sənəddə deyilir ki, onlayn xeyriyyə konserti qismində bəyan edilmiş aksiya təşkilatçıları tədbiri bütün Azərbaycan xalqı üçün matəm günü olan 1990-cı ilin Qara Yanvar faciəsinin 31-ci ildönümü - 20 yanvar 2021-ci il tarixinə planlaşdırıblar: “Tədbirin məqsədi barədə verilən məlumatda təşkilatçılar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına salmağa, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın 30 ilə yaxın işğal etdiyi Azərbaycan ərazilərinin ilhaqına yönəlmiş barışmaz mövqeyi səbəbindən alovlanan müharibəyə dair reallıqdan uzaq və təhrif edilmiş izahat verməyə çalışıblar”.

Bəyanat müəlliflərinin sözlərinə görə, BMT başda olmaqla, bütün dünya birliyinin dəfələrlə təsdiq etdiyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, habelə Azərbaycan torpaqlarının uzun illər ərzində davam etdiyi işğal faktını sanki görməməzliyə vuran bu “konsert”in təşkilatçıları bölgədə dinc əhalinin çəkdiyi əziyyəti də təhrif ediblər: “Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən döyüş zolağından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin dinc məhəllələrinə qarşı məqsədli şəkildə SCUD ballistik raketlərinin tətbiq edilməsi, Bərdə şəhərini qadağan olunmuş kaset mərmilərlə bombalanması və bütün bunların nəticəsində Azərbaycanın dinc əhalisi arasında 100-dən artıq insanın həlak olması, 400-dən artıq şəxsin yaralanmasına kor qalan aksiya təşkilatçıları onun guya “Artsax/Dağlıq Qarabağ xalqına yardım və həmrəylik” təzahürü olduğunu iddia edirlər”.

Sənəddə qeyd olunub ki, təşkilatçıların özləri aksiya zamanı toplanan vəsaitin “Hayastan” fonduna köçürüləcəyini də gizlətmirlər: “Bu, Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlamağa, orada Yaxın Şərq bölgəsindən və digər xarici ölkələrdən gətirilən ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına xidmət edən əsas alətlərdən biri olub. Odur ki, sözügedən fondun “xeyriyyə” qurumu kimi təqdim edilməsi yalnız sadəlövhlüyün və ya riyakarlığın zirvəsidir.

Müstəqilliyin bərpa olunması yolunda 1989-cu ilin 9 Aprel faciəsini yaşamış, sonrakı illərdə Vətənimizin ayrılmaz hissələri olan Abxaziya və Tsxinvali bölgələrinin işğalı, oradakı kütləvi etnik təmizləmələrinin acısını duymuş Gürcüstanda “sırf humanitar tədbir” kimi təqdim olunmağa cəhd edilən, əslində isə Azərbaycan xalqının ləyaqətinə toxunan, yalan məlumat üzərində qurulan, bölgədə sülh və barış əvəzinə qarşıdurmanın davam etdirilməsinə yönəldilən bu təşəbbüsün yer alması xüsusi etiraz doğurur. Heç vəchlə “mədəni” təşəbbüs işğal siyasətinə bəraət qazandırmamalı, işğalçılara pul vəsaitlərinin toplanmasına xidmət etməməlidir”.

Gürcüstandakı Azərbaycan icmasının təmsilçiləri Azərbaycan xalqı üçün müqəddəs anım tarixi olan 20 Yanvar faciəsinin 31-ci ildönümü günündə keçirilməsi planlaşdırılan bu cür təxribat xarakterli tədbirin ləğv olunmasına çağırıblar: “Bu gün bölgəmizdə yaranan yeni reallıqlardan faydalanmaq üçün belə destruktiv aksiyaların deyil, əsl barışa və sülhə xidmət edəcək təşəbbüslərin vaxtıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar