Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın Azərbaycana qarşı ərazi mübahisəsinin arxasında duran məqamlar...

Gürcüstanın Azərbayacanla dövlət sərhəddinin 34% demarkasiya və delimitasiyasının həll olunmaması barədə açılaması rəmi Tiflisin ölkəmizə qarşı qeyri-səmimi davranışı, strateji tərəfdaşlığa zidd addım kimi qiymətləndirilməlidir

Qeyd edim ki, oliqarx B. İvanaşvilinin kölgəsi altında olan gürcü hökuməti enerji, nəqliyyat sahələrində ölkəmizə qarşı daima şantaja əl atır. İndi isə, ərazi məsləsini ortaya atmaqla iki ölkə arasında problemi dərinləşdirməyi hədədfləyir.

İki qonşu ölkə arasında bu problemi ortaya atmaq İvanaşvilinin siyasi sisteminin Gürcüstanda erməni icmasının Rusiyanın əli ilə qabardılmasıdır. Ermənistan dəfələrlə strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasında daima əməkdaşlığa zərbə vurmağa çalışıb.

Fikir versək, bu "təzyiqlər" əsasən, Ermənistana Abxaziya dəmir yolunun açılması barədə məsələnin qaldırılması, Azərbaycan qazına alternativ olaraq Qazpromla danışıqlar və ardınca Azərbaycanın ərazi bütövlüyünə qarşı müharibədə iştirak etmiş erməniyə abidə ucadılmasına icazə verilməsi. İndi isə, ərazi məsləsini qabardılması müəyyən suallar doğurur.

Qeyd edim ki, ötən ay Ermənistanın baş naziri Nikol Paşinyanla gürcü həmkarı Baxtadze sərhəddə qeyri-rəmi görüşərək iikitərfli əməkdaşlığı müzkirə ediblər. Göründüyü kimi nə vaxt Paşinyan gürcü həmkarı ilə təmasda olur, yaxud Gürcü rəsmilər Yerevana səfər edir, bundan sonra rəsmi Tiflisin Azərbaycana qarşı bu kimi siyasətə əl atdığını görürük.

Qeyd edim ki, Gürcüstanla dövlət sərhəddinin Ağstafa hissəsində qədim Alban kilsəsi mövcuddur. Gürcüstan hakimiyyəti bu kilsəni özünün qədim irsi hesab edir. Təbii ki, bu, Azərbaycana qaşı Tiflisin ərazi iddiasıdır. Azərbaycan ərazilərində xüsusi ilə Borçalıda qədim kilsəslər qədim Azərbaycan dövləti olan Alban kilsələridir və bunun Gürcüstana heç bir aidiyyatı yoxdur Sərhəddə yerləşən Azərbaycanın ərazi hissəsində olan Alban kilsəsinə iddia etməklə bir növ Qarabağ məsləsində ermənilərlərlə birlik nümayiş etdirir.
Gürcüstan hakimiyyətinin bu siyasətinin arxasında ölkəmizdən daha da çox imtiyazlar qoparmağa çaılışmasıdır. Bu siyasət regionda yeni probelmə gətirib çıxarar. Uduzan tərəf Gürcüstan olar.

Azərbaycanın 20% ərazisinin işğalının davam etməsi, Tiflisin bizə dəstək vermək əvəzinə problemi qabartması hesab edirəm ki, onların işi deyil. Tiflis vasitəsi ilə Azərbaycana qarşı hərəkətlilik Kreml tərəfindən ermənilərin təsiri ilə idarə olunur. Oliqarx İvanaşvili bu siyasəti zamanla reallaşdırmağa çalışır. İvanaşvilinin Azərbaycana qarşı mənfi siyasətinin daima şahidi olmuşuq. Amma unudur ki, Azərbaycan olmasa Gürcüstanın bir dövlət kimi təşəkkülü mümükün olmayacaq. Bu gün Gürcüstanın iqtisadi inkişafı Azərbaycan və Türkiyənin verdiyi dəstək hesabınadır.

Sabah Ermənistan Gürcüstana ərazi iddiası irəli sürərəsə, Axalkalidə yaşayan erməniləri silahlandıracaq və nəticədə ikinci Qarabağ presedenti yarana bilər.

Kremlin təlimatlarını həyata keçirən İvanaşvili undur ki, Cənubi Osetiyada Rusiya hərbiçiləri sərhəddi hər keçən gün Gürcüstanən içərilərinə çəkməklə sabah Tiflsin yaxınlığında qərar tutacaqlar.

NATO-nun regionda fəallaşması, Bakı-Tiflis- Qars dəmir yolunun açılması müəyyən dairələri narahat edir. Yeni probelmi ortaya çıxarmaq, münaqişələri qızışdırmaq yalnız Moskvadan qayanaqlanıb. Regionda öz maraqları naminə bu siyasət onun ən təsirli təzyiq vasitəsi olub. Azərbaycan qonşuları ilə sülh və əməkdaşlığa üstünlük verib. Təssüf ki, Tiflisin bu siyasəti Azərbaycanın sabah bu ölkəyə inmazsızlığına yol açacaq.

Məhəmməd Əsədullazadə(Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar