Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstandan Ermənistanın səhiyyə nazirinə daha bir cavab

Gürcüstanın Buğda və Un İstehsalçıları Assosiasiyası xüsusi bəyanat yayıb...

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə Ermənistanın səhiyyə naziri Arsen Torosyanın Gürcüstanla bağlı son bəyanatlarına münasibət bildirilib.

Assosiasiya qeyd edib ki, Gürcüstandan Ermənistana daşınan yüklərin böyük əksəriyyəti tranzitdir: “Ermənistana daşınan məhsulların böyük hissəsini buğda təşkil edir. Yüklər “Lars” gömrük-keçid məntəqəsi vasitəsilə Ermənistana daxil olur. Biz, nəqliyyat vasitələrinin hərəkət sxemini çox yaxşı bilirik.

Rusiyadan gələn buğda ilə yüklənmiş maşının sürücüsü Gürcüstan vasitəsilə tranzitlə keçir. Sürücünün qoruyucu vasitələri olan gömrük əməkdaşına sənədin təqdim edilməsi zamanı minimal və təhlükəsiz təması olur. Bundan sonra yük maşını Rusiya-Gürcüstan sərhədindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət edir. Sürücüyə Gürcüstan ərazisini tərk etməyənə və Ermənistana keçməyənə qədər avtomobili tərk etməyə icazə verilmir”.

Bəyanatda qeyd olunub ki, əgər Ermənistanda Gürcüstandan daxil olan sürücülərdə virusun aşkarlanması ilə bağlı hər hansı bir ehtimal varsa, bu şübhə yalnız avtomobilin məhsul idxal etdiyi Rusiyaya aid ola bilər.

Assosiasiyadan bildirilib ki, bu gün Gürcüstandan Ermənistana məhsulların ixrac həcmi azdır: “Hesab edirik ki, bizim erməni həmkarlarımız da bunu təsdiqləyə bilərlər. Bu gün Ermənistan yalnız buğda idxal etmək üçün ildə 25 minə yaxın tranzit reysi həyata keçirir. Nəticələrə görə məsuliyyəti RusiyaErmənistan daşıyır. Buna görə də bu marşrut və onunla bağlı risklər ermənilərin öz seçimidir”.

Təşkilat Ermənistana alternativ marşrutdan istifadə etməyi təklif edib: “Əgər erməni dostlarımız, rəsmi və ya qeyri-rəsmi şəxslər yüklərin Gürcüstan üzərindən daşınmasını Ermənistan tərəfi üçün riskli hesab edirlərsə, onların ən təhlükəsiz alternativ marşrutdan istifadə etmək imkanları var. Bu marşruta gəmi ilə yük daşınması daxildir. Heyət gəmini heç bir halda tərk etmir, daha sonra yük dəmir yolu vasitəsilə Ermənistana daşınır”.

Qeyd edək ki, A.Torosyan bəyanatında Gürcüstandan Ermənistana gələn vətəndaşlar, o cümlədən, yük maşınlarının sürücülərində koronavirusun aşkarlandığını qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar