Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda yenidən aksiyalar başladı

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir...

PİA.az xəbər verir ki, aksiyada müxalifət partiyalarının nümayəndələri və ictimai fəallar iştirak edirlər.

Meydana toplaşanlar etiraz aksiyası çərçivəsində parlament çoxluğunun üzvü olan deputatlar üçün “utanc dəhlizi” də yaratmağı planlaşdırırlar.

Etirazçılar parlamentin binası qarşısındakı hasara Kremlin fotosunun olduğu baner asıblar. Onların sözlərinə görə, hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili Rusiyanın maraqlarına uyğun siyasət aparır.

Aksiyanın əsas tələbi ölkədə ədalətli seçki sisteminin yaradılmasıdır.

Müxalifət liderləri parlament yaxınlığında etiraz aksiyalarının qanunverici orqanın iclasları ilə paralel davamlı olaraq keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, Gürcüstan parlamentinin yaz sessiyası ötən gün açılıb. Müxalif Vahid Milli Birlik Hərəkatı və Avropalı Gürcüstan partiyaları qanunverici orqanın iclaslarını boykot edib. Qanunverici orqanın qarşısındakı ərazi yanvarın 22-dən etibarən təmir-bərpa işləri üçün dəmir konstruksiya ilə əhatəyə alınıb. (Report)

pia.az


Etiket: Gürcüstan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar