Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1618 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 243 255, ölənlərin sayı isə 2 846 nəfərə çatıb.
Virusa yoluxanlardan 227 611 nəfərin sağaldığı bildirilir.
pia.az