Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcüstanda məscid tikintisi ilə bağlı müraciətlərə cavab verilmir” – GMİ sədri

Edilən müraciətlərə müsbət cavab verilmir

“Gürcüstanda müstəqilik əldə olunan vaxtdan bu günə qədər məscidlərin sayı üç dəfə artıb. Lakin yenə də bir çox böyük məntəqələr və kəndlərdə ibadət evlərinə ciddi ehtiyac var”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov Gürcüstan parlamentində keçirilən dini məsələlər üzrə İşçi qrupun görüşündə bildirib.

Onun sözlərinə görə, bir çox hallarda məscidin tikilişi üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinə və yerli idarəetmə orqanlarına müraciət olunur: “Ancaq müsbət cavab ala bilmirik. Bir çox halda heç cavab belə verilmir, bəzən bəhanələr gətirilir və bəzən də onların səlahiyyətində olmadıqlarını bildirərək məsələnin həllindən yayınırlar. Hesab edirik ki, bu problemin həlli istiqamətində müəyyən tənzimləyici qayda və qanuna ehtiyac var”.

GMİ sədri deyib ki, dini məkanlar tikildiyi zaman yerli insanların ona ehtiyacı olub-olmaması araşdırılmalı, həmin məntəqədə sakin olan insanların dini və məzhəbi nəzərə alınmalıdır: “İbadət evi tikildiyində onu dəstəkləyənlər və məkanın ənənəvi və ya qeyri-ənənəvi qrup tərəfindən idarə olunacağı da diqqətdən kənarda saxlanılmamalıdır”.

İşçi qrupun görüşündə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, müxtəlif dini icmalar, QHTvə hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar