Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar

Tbilisidə Gürcüstan parlamentinə bütün girişləri ötən gün axşamdan bloklayan etirazçılar deputatların qanunverici orqana daxil olmalarına imkan vermirlər...

“Report”un yerli bürosunun məlumatına görə, hakim Gürcü Arzusu Partiyasının deputatı Revaz Arveladze bu günə təyin olunan komitə iclasında iştirak etmək üçün parlamentə gəlib.

Aksiyaçılar parlament üzvünü fitlə qarşılayaraq onun binaya daxil olmasına icazə verməyiblər.

Etirazçılar R.Arveladzeni hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunu tərk etməyə çağırıblar.

Zuqdidinin majoritar deputatı Merab Kvaraya da parlament binasına buraxılmayıb. Parlament üzvü noyabrın 14-də paralamentdə proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsini dəstəkləməyib.

Qeyd edək ki, ötən gün parlamentin binası qarşısında müxlaifətin və ictimai fəalların keçirdikləri etiraz aksiyasında qanunverici orqanın bütün darvazaları qıfıllanıb və giriş qapılarında çadırlar qurulub. Bununla yanaşı, parlament binasına aparan yollarda qum və daş qırıqlarının olduğu kisələrdən barrikadalar quraşdırılıb.

Etirazçılar tələbləri təmin edilməyənə qədər parlamentin bloklanmasını davam etdirəcəklərini bildiriblər. Tələblər proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi, hökumətin istefası və Mərkəzi Seçki Komissiyanın tərkibinin dəyişdirilməsidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar