Gürcüstanda son sutkada daha 132 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 332 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə vəfat edib.
Gürcüstanda indiyədək COVID-19 infeksiyasına 1 654 797 yoluxma faktı qeydə alınıb. Yoluxanların 1 636 520-si sağalıb, 16 805-i isə ölüb.
pia.az