Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan XİN səfirin Kiyevə geri qayıtması üzərində iş aparır

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) səfir Teymuraz Şaraşenidzenin Kiyevə geri qayıtması üzərində işləyir.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan XİN-in mətbuat xidmətinin rəhbəri Mariam Narçemaşvili “Rustavi2” telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, iki ölkə arasındakı aktiv əlaqələrin gündəliyi ortaq çağırışlar səbəbi ilə olduqca məşğuldur və bu səfirin geri qayıtmasını tələb edir.

“Bu cür aktiv ikitərəfli əlaqələrin gündəliyi təbii olaraq səfirin öz təyinat yerində olmasını tələb edir. XİN artıq bu məsələ üzərində işləyir. Bilirsiniz ki, Gürcüstan və Ukrayna arasında ikitərəfli əlaqələrin gündəliyi ortaq çağırışlar, regiondakı vəziyyət və ortaq Avro-Atlantik inteqrasiya məqsədləri ilə əlaqədar olduqca məşğuldur”, - deyə M. Narçemaşvili bildirib.  

Qeyd edək ki, ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatı ilə çıxış edərkən bildirib ki, səfirin Ukraynaya bir an öncə qayıtması zəruridir. O,  hökumətə səfirin Donbassdakı vəziyyətlə əlaqədar Kiyevə geri qaytarmağa dair çağırış edib.

Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ötən il mayın 8-də Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarı ilə Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilməsi Gürcüstan hökumətinin etirazı ilə qarşılanıb. Məsələ ilə əlaqədar Gürcüstanın bu ölkədəki səfiri Teymuraz Şaraşenidze həmin gün siyasi məsləhətləşmələr üçün geri çağırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar