Bazar, 16 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Gürcüstan və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq planı imzalanacaq

Levan İzoria Zakir Həsənovla görüşəcək

Gürcüstanın müdafiə naziri Levan İzoria Azərbaycana səfəri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdən sonra Gürcüstan və Azərbaycan arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlıq planı imzalanacaq. L.İzoria həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarla da görüşəcək və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İkitərəfli görüşlərdən sonra Gürcüstan-Azərbaycan-Türkiyə formatında nazirlərin üçtərəfli görüşü baş tutacaq. Görüşdə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 12-də keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün L.İzoria artıq Qəbələdədir.(Report)

pia.az


Şərh yazın.

loading...