Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan üzərindən yük daşımaları artıb

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında bildirilir

Bu ilin yanvar-aprel aylarında Gürcüstan ərazisi ilə daşınan yüklərin həcmi 11,9 mln. ton təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln. ton çoxdurş

Hesabat dövründə qonşu ölkə üzərindən daşınan yüklərin 8,4 mln. tonu avtomobil yollarının payına düşüb ki, bu da illik müqayisədə 0,1 mln. ton çoxdur. Gürcüstanın dəmir yolları vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 0,1 mln. ton artaraq 3,4 mln. tona çatıb. Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə illik müqayisədə 1,1 mln. ton artaraq 7,1 mln. tona bərabər olub.

Dəniz liman və terminalları vasitəsilə isə, ümumilikdə, 5,3 mln. ton yük daşınıb. Batumi və Poti limanlarından emal olunan TEU konteynerlərin sayı 182 363 ədəd təşkil edib ki, bu da illik müqayisədə 49 194 ədəd çoxdur.

Bu ilin ilk dörd ayı ərzində qonşu ölkədə daşınan sərnişinlərin ümumi sayı 119,6 mln. nəfər təşkil edib ki, bu da illik müqayisədə 3,5 mln. nəfər çoxdur. Sərnişinlərin 117,4 mln. nəfəri avtomobil yolları, 0,8 mln. nəfəri dəmir yolu, 1,4 mln. nəfəri isə hava nəqliyyatı vasitəsilə daşınıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar