Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Rusiyanın regionda ikinci forpostu olmağa hazırlaşır...

Gürcüstanın "Boz kardinalı" B.İvanaşvilinin Rusiya ilə yaxınlaşmaq siyasəti Azərbaycanla əlaqələrin korlaması ilə davam edir. Gürcüstan prezidenti S.Zurabaşvili və oliqarx B. İvanaşvili Rusiyanın layihəsi olaraq Qərbin Cənubi Qafqazda enerji layihələrini sabotaj etməklə, Rusiya ilə əlaqələri inkişaf etdirməyi reallaşdrırılar

"Gürcü Arzusu" partiyası növbəti dəfə məhz Rusiyanın siyasi dəstəyi ilə hakimiyyətdə qalmağı planlaşdırır. Çünki, İvanaşvili artıq xalqın onun sisteminə qarşı etirazını bilir və növbəti seçkilərdə hakimiyyətdən getməsi mümkündü. Ona görədə Moskvaya arxalnamaqla özünə siyasi dəstək alır.

Qeyd edim ki, Moskva İvanaşvlini tam dəstəkləyir və baş verən daxili etirazlara rəğmən Gürcüstanla əlaqələri inkişaf etdirməyə çalışır. Bir sözlə rəsmi Tiflis Kremldən gələn təlimatlarla idarə olunur. Hazırda İvanaşvili daxili etirazlara görə Qərblə kəskin əlaqələri korlamır. Əgər, növbəti dəfə hakimiyyətdə qalarsa Qərbdən uzaaqlaşmaq siyasi kursunu açıq davam etdirəcək.
Qeyd edimki, rəsmi Tiflisin Azərbaycanla əlaqələrə zərbə vurmaq siyasəti Qərbin regionda enerji maraqlarına zərbə vurmaqdır. ABŞAvropa növbəti seçkilərdə İvanaşvilinin Rusiya layihəsi olduğuna görə hakimiyyətdən getməsi üçün siyasi proseslərə başlaycağı istisna deyil. Qərb yenidən Saakaşvilinin "Vahid Milli Hərəkat Partiyasını" dəstəkləyəcək.

Qərb bir neçə ildir ki, Azərbaycan və Gürcüstanı strateji tərəfdaş etməklə Cənubi Qafqazda siyasi-iqtisadi və enerji layihələrini reallaşdırır, Rusiyanın təsirini əhəmiyyətli dərəcədə azaldıb. Gürcüstanın rəhbərliyinin apardığı siyasət isə, regionda təhlükəsizliyi təhdid edir və Qərbin siyasətinin inkiaşfının qarşısnı alır.

Azərbaycan ABŞAvropa ilə diplomatik danışıqlar aparamalı, Gürcüstanın məlum siyasətinin qarşısnı almalıdır. Gürcüstan rəhbərliyi artıq Azərbaycana siyasi savaş elan edib və daxili etirazlar reallaşdırmaqla süni şəkildə gürcü cəmiyyətinin anti-Azərbaycan siyasətini nümayiş etdirməyə çalışır. Baş verənlər birdaha göstərdi ki, Keşikçidağa prezident S. Zurabaşvilinin səfəri provakasiya idi və hadisələrin Gürcüstan-Azərbaycan əlaqələrinin korlanmasına hesablanıb.

Mütləq şəkildə Gürcüstan vətəndaşları və ictima-siyasi dairələri Azərbaycanla əlaqələrin korlanmasını İvanaşvilinin sisteminə bağışlamayacaq. İvanaşvili hakimiyyəti Rusiyanın iqtisadi və enerji maraqlarını təmin etməklə ölkəsinin ərazilərinin işğalıni rəsmiləşdirir və müstəqilliyinin üzərindən xətt çəkir. Gürcüstan Rusiyanın regionda ikinci forpostu olmağa hazırlaşır.

Cənubi Qafqaz Təhlükəsizilik və Sülh İnstitunun sədri, politoloq Məhəmməd Əsədullazadə

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar