Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Gürcüstan parlamentinin deputatının həbsinə razılıq verildi

Gürcüstan parlamenti müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı Nika Melianın toxunulmazlığının aradan qaldırılması barədə qərar qəbul edib

91 deputat qərarın lehinə səs verib.

Müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarından olan deputatlar etiraz olaraq iclasda iştirak etməyiblər.

Plenar iclas parlamentin binası ətrafında müxalifət tərəfdarlarının etiraz aksiyası fonunda keçib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Nika Melian

loading...

Ən çox oxunanalar