Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcüstan erməni provokasiyasına bir qədər fərqli cavab verməli idi” - Politoloq

AzərbaycanErmənistan arasındakı münaqişədə dolayı yolla iştirak Gürcüstanın hansısa maraqlarına cavab verir?..

Politoloq: “Gürcüstanın Tovuz istiqamətində Ermənistanın provokasiyasına reaksiyası strateji müttəfiqlər arasında olan reaksiyadan bir qədər uzaq oldu”.

Azərbaycan hər zaman Gürcüstanın torpaqlarının işğal olunduğunu bildirib. Buna görə də bizə bu cür ikili yanaşma, diplomatik mövqe lazım deyil”.

Bu sözləri politoloq Zaur Məmmədov Gürcüstan ərazisindən Ermənistana silah tədarükü üçün istifadə edilməsi barədə yaydığı məlumatları PİA.az-a şərh edərkən qeyd edib.

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan KİV-ləri tərəfindən Gürcüstan ərazisindən Ermənistana silah tədarükü üçün istifadə edilməsi barədə yaydığı məlumatları dezinformasiya adlandırıb. Rəsmi Tbilisi hesab edir ki, hazırki vəziyyətdə həqiqətə uyğun olmayan məlumatların yayılması iki tərəfdaş ölkə arasındakı münasibətlərdə “süni şəkildə problem yaratmağa” yönəldilib.

“Bir çox qeyri-dəqiqliyi özündə əks etdirən dezinformativ məlumatlar yayılıb. Təəssüf ki, Azərbaycanın ciddi görünən internet xəbər agentliyi həqiqətləri obyektiv təsvir etmir, ictimaiyyəti çaşdırır və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı və dostluğuna kölgə salmağa çalışır”, Gürcüstan Xarici İşlər Nazirliyinin 20 iyul tarixli açıqlamasında bildirilib.

Rəsmi Bakı isə hələ də Azərbaycan portalının yazdığı xəbər barədə məlumatı şərh etməyib.

AzərbaycanErmənistan arasındakı münaqişədə dolayı yolla iştirak Gürcüstanın hansısa maraqlarına cavab verir?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Gürcüstan Xarici İşlər Nazirliyi ilk növbədə Xəzər dənizinin karbohidrogen resurslarının və ümumilikdə Şərq-Qərb dəhlizinin Gürcüstan vasitəsilə Avropaya getməsinə təhdid törədən erməni provokasiyasına bir qədər fərqli cavab verməli idi”.

Azərbaycanın hər zaman Gürcüstanın torpaqlarının işğal olunduğunu açıq mətnlə, birmənalı şəkildə bildirdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Gürcüstanın Tovuz istiqamətində Ermənistanın provokasiyasına reaksiyası strateji müttəfiqlər arasında olan reaksiyadan bir qədər uzaq oldu. Zaur Məmmədovun fikrincə ümumi maraqlarımız, bölgəyə sülhün gətilirilməsi və ərazi bütövlüklərimizin bərpa olunması naminə Tbilisi özünün və Azərbaycanın Cənubi Qafqazdakı maraqlarının qarant tərəfdaşı olmalıdır. Gürcüstan, istər Türkiyə, istərsə də Azərbaycan vasitəsilə bu gün öz geosiyasi və geoiqtisadi maraqlarını regionda reallaşdırmağa davam etməlidir:

“Hər halda haqqın.az portalının Serbiya və İordaniya ilə bağlı yazısından sonra həmin ölkələrin səfirlərinin Xarici İşlər Nazirliyinə çağrılması onu göstərdi ki, o yazılar heç də yalan deyil.

Biz bir məsələni bilməliyik ki, Gürcüstanın Tovuz istiqamətində Ermənistanın provokasiyasına reaksiyası strateji müttəfiqlər arasında olan reaksiyadan bir qədər uzaq oldu. Gürcüstan Xarici İşlər Nazirliyi ilk növbədə Xəzər dənizinin karbohidrogen resurslarının və ümumilikdə Şərq-Qərb dəhlizinin Gürcüstan vasitəsilə Avropaya getməsinə təhdid törədən erməni provokasiyasına bir qədər fərqli cavab verməli idi. Amma Gürcüstan sərhədinə yaxın erməni provokasiyasına istər Gürcüstan prezidenti, istərsə də başqa güc strukturları tərəfindən balanslı açıqlamaların şahidi olduq.

Gürcüstan bilməlidir ki, Azərbaycan hər zaman Abxaziya və Osetiya ilə bağlı öz kəskin mövqeyini bildirib. Yəni Azərbaycan hər zaman Gürcüstanın torpaqlarının işğal olunduğunu açıq mətnlə, birmənalı şəkildə bildirib. Buna görə də bizə bu cür ikili yanaşma diplomatik mövqe lazım deyil. Biz küləyin hansı tərəfdən əsdiyini bilirik. Unutmaq lazım deyil ki, geosiyasi maraqlar davamlı şəkildə dövlət maraqlarının nəzərə alınmasını tələb edir.

Azərbaycan tərəfindən Gürcüstanın dövlət və milli maraqlarınən daim nəzərə alındığına görə Tbilisidə hakimiyyətin kimlərin əlində olmasından asılı olmayaraq öz milli və iqtisadi maraqlartı naminə Azərbaycanla eyni platformadan çıxış etməlidir. Yəni ümumi maraqlarımız, bölgəyə sülhün gətilirilməsi və ərazi bütövlüklərimizin bərpa olunması naminə Tbilisi özünün və Azərbaycanın Cənubi Qafqazdakı maraqlarının qarant tərəfdaşı olmalıdır. Gürcüstan, istər Türkiyə, istərsə də Azərbaycan vasitəsilə bu gün öz geosiyasi və geoiqtisadi maraqlarını regionda reallaşdırmağa davam etməlidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar