Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcü siyasi ekspert: “Geniş sülh müqaviləsi barədə düşünmək hələlik tezdir”

Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya Media.Az-a müsahibəsində sülhməramlılara verilən beş illik mandat müddətində Azərbaycanla Ermənistan arasında siyasi sülh sazişinin bağlanma ehtimalının nə qədər mümkün olması barədə məsələyə toxunub.

Ekspert söyləyib ki, bu, vacib və çətin sualdır:

“Ondan başlayım ki, Rusiya hərbçiləri hadisələrin istənilən cür inkişafına hazırdırlar. Bunu həm sülhməramlıların tərkibi, həm də onların silahlanmasından görmək olar. Onlar ən pis ssenariyə hazırdırlar, bunu bir hərbi ekspert kimi deyirəm. Bu daha çox sülhə məcburetmə əməliyyatıdır”.

 
V. Maisaya “Bəs kim sülhə məcbur edilir?” sualına cavab verərkən isə bildirib ki, məhz Ermənistan tərəfi sülhə məcbur edilir.

“Razılaşmanı Ermənistanın Baş naziri Nikol Paşinyan imzaladı. Ancaq onun kürsüsü silkələnir və o, vəzifəsini itirə bilər. Bəs bu zaman İrəvanda hakimiyyətə kim gələcək? Bu bilinmir. Türk sülhməramlılarının da daxil edilməsi vacib aspektdir.

Əlbəttə, nəticədə razılaşdırılacaq “yol xəritəsi”ni qiymətləndirmək lazımdır. Ancaq bunların hamısı yuxarıda qeyd olunun sülhə məcburetmə əməliyyatının bir hissəsi olaraq baş verir. Bir daha xatırlatmaq istəyirəm ki, Suriya təcrübəsi və işlənilmiş mexanizmlər var.

Bu sülhməramlı əməliyyatdakı son və razılaşdırılmış qarşılıqlı model elan olunana qədər gözləyəcəyik. Fikrimi yekunlaşdırarkən vurğulayım ki, geniş sülh müqaviləsi barədə düşünmək hələlik tezdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar