Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün fotosu: Ağılsız yekəxanalıq və uzun sürəcək başağrısı...

Bu şəkil bu günlərdə Kəlbəcərdə əsgərlərimiz tərəfindən çəkilib. 

Görünən tablo erməni lovğalığının əsəridir. Ermənilər 1993-cü ilin aprelində ələ keçirdikləri Kəlbəcərdə camaatın can hövlü ilə ya vertolyota minib çıxdığı, ya da dağ-dərə, meşə yollarıyla canıını qurtardığı zaman, rayon ərazisində qoyduğu avtomobillərin nömrələrini divara həkk edərək öz "qəhrəmanlıq"larını əbədiləşdiriblər.

Ancaq atalar "özgə atına minən tez düşər" deyiblər. Ermənilərin "atdan düşməsi" bir az ləngisə də, hər halda düşdülər. Hətta zorla düşürüldülər, başlarına qapaz aldıqdan sonra atı öz yiyəsinə qaytardılar və ortaya bu kimi mənzərələr çıxdı.

Bu, işğalın, qəsbkarlığın, başqasının varidatını yağmalamağın şəklidir. 

Beynəlxalq məhkəmədə qaldırılacaq müvafiq cinayət işinin daşdan keçən dəlil-sübutudur bu. Ermənilər bu torbanı öz boylarına özləri biçib və bu divar onların "ağlaşma divarı" kimi bir şey olmalıdır, öz ağılsızlıqlarına baxıb-baxıb ağlamalıdırlar. 

İndi bizdən, bizim hüquq-mühafizə orqanlarından asılı olan odur ki, bu kimi işğal və qəsbkarlıq sübutlarını səliqəli şəkildə toplayıb, sənədləşdirib beynəlxalq məhkəmələrə müraciət etsinlər və erməniləri ölkəmizə vurduqları bu və başqa, ölçüyəgəlməz ziyanların təzminatını istəsinlər.

Bunlar həm də ermənilərin haqqındakı "zavallı millət" mifini dağıdacaq. 

Bu, təkcə adi divar şəkli deyil, o divarda avtomobilinin nömrəsi həkk olunmuş adamlarının hər birinin ermənilərə yarada biləcəyi başağrısıdır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar