Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Günay Bank”dan haqqında yazılan xəbərlərlə bağlı - Açıqlama

“Günay Bank” son günlər müxtəlif saytlarda barəsində yazılan həqiqətə uyğun olmayan məlumatlarla bağlı açıqlama yayıb

Bankdan verilən açıqlamada deyilir:

““Günay Bank” son bir həftə ərzində mətbuatda haqqında yazılan əsassız informasiyalara cavab olaraq rəsmi şəkildə bildirir ki, bir sıra media orqanlarının “təhqiqat” xarakterli yazılarının həqiqətə uyğun olub-olmadığını və onlarla bağlı necə ölçü götürmək lazım olduğunu hər kəsdən əvvəl hüquq-mühafizə orqanları daha yaxşı bilir.

“Günay Bank” hər zaman olduğu kimi, əzmlə əməkdaşlarının səyi və işbirliyi nəticəsində uğurlarını davam etdirir, aparıcı banklarla ayaqlaşır, müştərilərinin ona etibarı və etimadı sayəsində yeniliklərə imza atır. Bankın hər bir əməkdaşı media orqanlarının bir-birinə istinadla haqqımızda yaydıqları xəbərlərlə bağlı rəhbərliyə narazılıqlarını bildirmiş, şəffaf prinsiplərlə çalışan iş yerlərinin bu formada tənqidə tutulmasını qeyri-vətəndaş mövqeyi kimi qiymətləndirmişlər.

Bütün KİV-ə, heç bir hüquqi əsası olmayan xəbərlərlə tanınmaq, oxucu sayını artırmaq üçün haqqında yazdığı qurumdan rəsmi cavab almadan xəbər yayıb ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyənlərə bir daha bildiririk ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, vəzifəsindən, yaxud ətraf dairəsindən asılı olmayaraq qeyri-qanuni fəaliyyət göstərən hər hansı bir qurum cəzasız qalmır

Dövrün məlum iqtisadi və ya digər zərbələrindən çıxaraq öz şərəf və mövqeyini bu günlərə qədər qoruya bilən “Günay Bank” gündəmdə yalnız uğurları və yenilikləri ilə fərqlənə bilər”.

pia.az


Etiket: Günay Bank

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar