Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları izləyicilərini təhqir edib
“Yeni Sabah” xəbər verir ki, Elza Seyidcahan və onun bacısı Rasimə ilə birgə foto paylaşan ifaçıların şəklinə təqibçilərdən biri “Qocalar, qatar getdi,”, “Bunlar nə gündədirlər?”, - şərhini yazıb.
Bacılar buna səssiz qalmayıb, öz növbələrində izləyicinin şərhinə təhqirlə cavab veriblər:
“Bədbəxt, sən özün elə yazıq yaranmısan ki, profilindəki körpəni bağrına basıb Allahdan etdiyin günahlara rəhm dilə. Dilə ki, balandan çıxarmasın. İnsanlıq, gözəllik bu deməkdir, ay cahil insan”.
Pia.az