Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülşən İmanova: “Təəssüf ki, bəzi koronavirus xəstələri işə çıxır və başqalarını yoluxdurur”

Bütün dünyada koronavirus pandemiyasına qarşı mübarizə davam edir, lakin buna baxmayaraq, Azərbaycanda da daxil olmaqla, demək olar ki, hər yerdə yoluxanların sayı artır. Mərkəzi Gömrük Xəstəxanasının xəstələrə xidmət şöbəsinin müdiri Gülşən İmanova Media.az-a bunun səbəbləri barədə danışıb.

Onun sözlərinə görə, Azərbaycanda epidemiyanın başlanğıcından bəri görülən ardıcıl və düşünülmüş tədbirlər infeksiyaların miqyasını minimuma endirdi. Ancaq payız-qış fəslinin gəlməsi ilə xəstələrin sayı artmağa başlayıb və bu, pandemiya ilə mübarizəni çətinləşdirib.

“COVID-19-a qarşı peyvənd hələ kütləvi dövriyyəyə buraxılmayıb, dünyada yoluxmuş insanların sayında sürətli artım var. Təəssüf ki, oxşar bir tendensiya Azərbaycanda da müşahidə olunur ki, bu da bizi narahat etməyə bilməz. Üstəlik, bu, mövsümi respirator xəstəliklərin sayının artması fonunda baş verir”.

G.İmanova elementar müdafiə tədbirlərindən daim bəhs edildiyinə baxmayaraq, bəzi vətəndaşların hələ də qoruyucu maskaları səhv istifadə etməsindən təəssüf etdiyini bildirdi.

“Çənələrinin üstündə saxlayırlar, yaxud eyni maskanı bir neçə gün ardıcıl istifadə edirlər, çirkli maskaları hər yerə atırlar və bəzi hallarda ünsiyyət zamanı onu çıxarırlar. Xəstəliyin kütləvi şəkildə yayılmasının digər bir səbəbi də sosial məsafəyə əməl edilməməsidir. Əhaliyə mütəmadi olaraq məlumat verilməsinə və qaydalara riayət etməyə çağırışlara baxmayaraq, hələ də müxtəlif kütləvi tədbirlər təşkil edən insanlar var, hansı ki, burada maska taxılmır, sosial məsafədən isə ümumiyyətlə danışmağa dəyməz. Beləliklə, virusun daha da yayılmasına şərait yaradırlar”, - deyə şöbə müdiri əlavə etdi.

O, həmçinin koronavirusun varlığına inanmayan, yaxud xəstəliyin ona keçməyəcəyini düşünən şəxslərin də infeksiyanın kütləvi yayılmasına səbəb olduğunu dedi:

“Bu ona gətirir ki, onlar karantin qaydalarına riayət etmək istəmirlər. Bəzi müəssisələrdə maska ancaq cərimələrdən qorunmaq üçün taxılır”.

Həkim son zamanlarda evdə müalicə olunan koronavirus xəstələrinin təcridetmə qaydalarını pozması ilə bağlı xəbərlərə də toxundu:

“Yaşayış yerlərini tərk edirlər, həyətə, küçəyə, bazara çıxırlar və bununla da xəstəliyi başqalarına yoluxdururlar. Hətta bəzi yoluxmuş insanların işə çıxdıqlarına dair dəlillər var. Bu qəbuledilməzdir! Əlbəttə, bu cür davranışlarına görə inzibati qaydada cəzalandırılırlar, ancaq başqalarına vurduğu ziyanlar ölçülə gəlməz dərəcədədir...”

Sonda G.İmanova pandemiyanın hələ bir müddət də davam edəcəyi barədə elm adamlarının proqnozlarını xatırladaraq, kütləvi vaksinasiyaya qədər hər kəsi tələb olunan qaydalara ciddi əməl etməyə çağırdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar