Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güloğlan Cabbarov Nərimanovda izdihamlı görüş keçirdi - Fotolar

Bu gün 9 saylı Nərimanov Birinci Seçki Dairəsindən müstəqil namizəd Güloğlan Cabbarov təbliğat-təşviqat müddəti çərçivəsində  N.Süleymanov və Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan ünvanda seçiciləri ilə görüş keçirib...

N.Süleymanov küçəsi sakinləri ilə keçirilən görüşdə seçicilər qarşısında çıxış edən Güloğlan Cabbarov  özü haqqında məlumat verib, ona etimad göstərib millət vəkili seçəcəkləri təqdirdə beş il müddətində daima onların yanında olacağını, qarşılaşdıqları problemlərin həllində yaxından iştirak edəcəyini vurğulayıb. Seçicilər bildiriblər ki, bu günə kimi keçirilən seçkilərdə hansısa bir namizəd onlarla görüşə gəlmədiyi kimi, eyni zamanda onların qarşılaşdıqları problemlərlə də maraqlanmayıblar. Seçicilər bildiriblər ki, 9 fevral növbədənkənar parlament seçkilərində  Milli Məclisdə öz təmsilçiləri kimi Güloğlan Cabbarova səs verəcəklər.
 
Şəhid Milli Qəhrəman Əliyar Əliyev küçəsində keçirilən görüş isə, Milli Qəhramanın bu ünvanda yerləşən xatirə büstü qarşısında baş tutub. İlk olaraq Güloğlan Cabbarov seçicilərlə birlikdə abidə önünə gələrək  dualar ediblər. Güloğlan Cabbarov abidə qarşısına qərənfillər düzüb.
 
Keçirilən görüşdə çıxış edən Güloğlan Cabbarov keçiriləcək növbədənkənr parament seçkilərində iştirak səbəbi haqında fikirlərin bildirib. Görüşdə iştirak edən hər bir seçicidən keçiriləcək seçkilərdə ona səs verməyə çağırıb. (Veteninfo.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar